Elnur Cəfərov Xorvatiya klubuna keçir

23.08.2016 | 4285 dəfə oxunub

Azərbaycan milli komandasının futbolçusu Elnur Cəfərov karyerasını yenidən xaricdə davam etdirəcək. Stadium.Az xəbər verir ki, Bu haqda məlumat verən AFFA-nın baş katibi Elxan Məmmədov 19 yaşlı yarımmüdafiəçinin karyerasını Xorvatiyada davam etdirmə variantının reallaşmaq üzrə olduğunu bildirib: "Bu ölkənin yüksək liqasında oynayan 2 klubla danışıqlar gedir. Çox güman ki, tezliklə Elnurun həmin komandanın üzvü olması xəbərini eşidəcəyik. Düzü, 2 klub olduğundan, ad çəkə bilmirəm. Gəlin, bir az gözləyək, çünki məsələ tam həll olunmayıb".

E. Məmmədov Portuqaliyanın yüksəl liqa təmsilçisi "Tondela"da qısamüddətli legioner həyatı yaşayan, rəsmi debüt edən bilməyən futbolçunun ruhdan düşməməsini və yenidən ölkə kənarında oynamaq istəyini alqışlayıb: "Təbii ki, Elnurun çox müsbət keyfiyyətləri var. Ancaq bir müsbət cəhətini də deməliyəm ki, xaricdə oynamaq istəyir. Baxmayaraq ki, Portuqaliyada karyerası alınmadı. Qayıdan kimi yenə təşəbbüs göstərdi və arzuladı ki, bir daha xaricdə oynasın. Biz də bunun gerçəkləşməsinə çalışırıq. Milli komandanın futbolçuları nə qədər çox xaricdə yüksək liqada oynasalar, bir o qədər yaxşıdır".

Xatırladaq ki, "Tondela" Portuqaliyada yeni çempionatın startı öncəsi Elnur Cəfərovla müqaviləsini pozub.

report



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail