Qriqorçuk: " Qəbələ"də hər şey qaydasındadı"

27.07.2016 | 3684 dəfə oxunub

Sabah Avroliq III təsnifat mərhələsində "Qəbələ” səfərdə “Lill”in qonağı olacaq. Stadium.az xəbər verir ki, təmsilçimizin baş məşqçisi Roman Qriqorçuk oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- “Qəbələ”də durum necədir? Uzun yolçuluq komandanı yormayıb ki?

- Uzun yolçuluq barədə danışmağa ehtiyac yoxdur. Bunun öhdəsindən gələcəyik. Komandada gündən günə irəli gedir. “Qəbələ”də hər şey qaydasındadır.

- “Lill”in baş məşqçisi komandasının sabahkı oyun üçün 70 faiz hazır olduğunu dedi...

- Yaxşı olardı ki, o, komandasının 30 faiz hazır olduğunu desin. Çünki “Lill”in 70 faiz hazır olması bizim üçün çox təhlükəlidir.

- Sabahkı qarşılaşma “Lill”in əsas deyil, ikinci stadionunda olacaq. Buna münasibətiniz necədir?

- Böyük arenada, gözəl futbol atmosferində oynamaq istəyirdik. Bununla belə, sabah da gözəl futbol bayramı olacağına inanırıq. İstəyirik ki, bu bayramın qəhramanlarından olaq.

- “Qarabağ” “Viktoriya” ilə oyunda müdafiədən oynadı. “Qəbələ” də eyni oyun tərzinə üstünlük verəcək?

- “Qarabağ”ın oyununa tam baxmadım. Ona görə də dəqiq bir söz deyə bilmərəm. “Qarabağ”a Bakıdakı oyunda uğurlar arzulayıram. Sabah müdafiədən oynamayacağıq. Biz belə oyunun tərəfdarı deyilik. Ağıllı və səliqəli hücum futbolu oynamalıyıq.

- “Lill” haqda nə bilirsiniz? Ən çox nədən ehtiyatlanırsınız?

- “Lill” haqda məlumatım az deyil. Rəqibin çoxlu sürətli oyunçuları var. Bu, onların üstünlüyüdür. 

- Sabahkı oyun üçün komandanızda hansı çatışmazlıqlar mövcuddur?

- Mən komandamdan razıyam. Qısa müddətdə çox şeyə nail olduq. Əsas odur istədiyimiz futbol üslubunu görürük. Sabahkı oyun bizim üçün ciddi test olacaq. Çünki cari mövsüm bu səviyyədədə güclü komanda ilə qarşılaşmamışıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail