Nuqzar Kvirtiya yeni mövsüm haqqında danışdı

27.07.2016 | 3283 dəfə oxunub

“Məşqlərimizi davam etdiririk. AZAL-ı yeni mövsümə hazır saymaq olar”. Stadium.az xəbər verir ki, bunu AZAL klubunun futbolçusu Nuqzar Kvirtiya deyib.

“Təyyarəçilər” Premyer Liqanın 2016/2017 mövsümünə “Neftçi” ilə oyunla start verəcəklər.

Avqustun ilk həftəsində baş tutacaq qarşılaşma ilə bağlı danışan Kvirtiya meydana qələbə üçün ayaq basacaqlarını bildirib. Gürcüstanlı yarımmüdafiəçi ötən mövsümkü səhvlərdən nəticə çıxardıqlarını qeyd edib: “Ötən mövsüm “Neftçi” ilə oyunlarımız çox maraqlı alındı. Ümid edirəm ki, indi də elə olacaq. Yeni mövsümə yaxşı nəticə ilə başlamaq istəyirik. Ötən mövsüm ilk 5 turda qələbə üzünə həsrət qaldıq. Hətta qol da vura bilməmişdik. Həmin oyunlardakı səhvləri analiz edib, bu dəfə ona imkan verməməliyik”.

Rail Məlikovun yay fasiləsində “Sumqayıt”a keçidinə toxunan Kvirtiya onun yoxluğunu unutdurmağın asan olmadığını deyib: “Rail çox təcrübəli futbolçu və əsl kapitandı. O, komandanın lideri idi. Təbii ki, bu cür oyunçuları əvəz etmək çox çətindi. Biz ondan çox şey öyrənmişik. Ancaq bununla kifayətlənmək olmaz. Hazırkı heyətdə Tural, Emin, Kamil və Qvanzav kimi müdafiəçilərimiz var, onlar da özlərini yaxşı tərəfdən göstərirlər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail