Fikrət Orman: "Etonu "Beşiktaş"da görmək istəyirəm, Ardayla maraqlanmamışıq"

25.07.2016 | 3825 dəfə oxunub

Son Türkiyə çempionu “Beşiktaş”ın prezidenti Fikrət Orman klub haqda önəmli açıqlamalar verib. Stadium.Az Türkiyə mıtbuatına istinədən xəbər verir ki, Orman bir çox məsələyə toxunub:

“Terror hər yerdə var. Əxlaqsız bir dünyada yaşayırıq. Türkiyədə olan son olaylar bizə çox pis təsir etdi. Futbolçuyla anlaşmaq üzrəyik, amma bizə zəng edib deyirər ki, “bağışlayın, orda terror var, gələ bilmərik.

Biz hər şeydə klubu düşünürük. Bütün transfer çalışmalarımız klubun məfətləri çərçivəsində həyata keçirilir. Adriano transferində də necə işlədiyimizi hər kəsə göstərdik. Adriano “Beşiktaş”da oynamaq istədi, biz də onu istədik. Bütün bu olayların fonunda Adriano həyat yoldaşını da götürərək İstanbula gəldi. O, burada azarkeş coşqusunu gördü və çox məmnundur.

Hansı futbolçuya əl uzatsaq, başqa bir komanda o futbolçuya biz təklif etdiyimizdən 5 dəfə artıq pul təklif edir. “Barselona”dan Matiyeni istəyirik. O, çox səviyyəli bir müdafiəçidir. Hələ zamanımıza var. Çalışacağıq bu keçidi də həll edək.

Bu mövsüm bizim üçün çox önəmlidir. Maddi durumumuz bu mövsüm başa çatandan sonra daha yaxşı olacaq. Bu mövsüm də çempion olub üçüncü ulduzu sinəmizə taxmaq istəyirik.

Sosa “Beşiktaş”dan ayrılmayıb. Onun bizlə müqaviləsi var və istədiyi kimi hərəkət edə bilməz. Ancaq onu peşəkar səviyyəli, xarakterə sahib olan futbolçu hesab etmirəm. Ən əvvəl komandanın ab-havasını pozmamağı düşünməlidir. İndi o, etdikləriylə ancaq özünə zərər verir. Mən tövsiyyə edərdim ki, çalışmalara davam etsin və “Beşiktaş”dakı yerini geri qazansın.

Mario Qomez “Beşiktaş”a gələndə belə terror söz-söhbətləri edirdi. Bilirsiz, Almaniya – Fransa oyununda stadionun önündə bomba partladı. O, Münhendə evlənir və həmin gün eyni hadisəylə qarşılaşır. İstanbulda da yeni hadisələrdən sonra çox qorxdu. Onun fikirləriylə razı deyiləm, amma hörmətlə yanaşıram. Biz bu ölkənin vətəndaşıyıq və bununla da fəxr edirik. Bundan sonra qarşıdakı mövsümlərdə Qomezin “Beşiktaş”a geri dönüşündən söhbət belə gedə bilməz.

Medafiənin sağ cinahından Sərdar, solundan isə İsmayıl getdi. Onların əvəzinə isə milli komandanın üzvü Gökhan Gönüllə “Barselona”lı Adrianonu transfer etdik. Araz Özbils də bizə kömək edəcək.

İndi əsasən stoper və hücumçu mövqeyinə futbolçu axtarırıq. Türkiyə millisinin ən yaxşı hücumçusu bizim komandamızdadır.

Biz hələ Demba Banı almamışdan öncə Samuel Etoyla danışmışdıq. Eto ötən mövsüm də “Antalyaspor”da çox yaxşı işlər gördü. Şəxsən onu “Beşiktaş”da görmək istəyərəm.

Biz indiyə kimi Arda Turanla maraqlanmamışıq. Onun mövqeyində bizdə Sosa var. Sosa hər mövsümün əvvəlində belə edir. Sonra ağılı başına gəlir və davam edir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail