"Neftçi"nin yeni transferi: "Harada oynamışamsa, hər görüşə final matçı kimi çıxmışam" VİDEO

24.06.2016 | 7062 dəfə oxunub

"Neftçi” PFK-nın yeni transferi Vançe Şikov Neftçi TV-yə açıqlama verib. Makedoniyalı futbolçu bunları bildirib:

"18 yaşımda Makedoniyanı tərk edib, Yunanıstana üz tutdum, 5 il orada oynadım. Əvvəlcə "Ksanti” klubunda çıxış etdim, sonra isə "Olimpiakos”la müqavilə imzaladım, amma icarə əsasında "Apollon” (Kalamariya) və "Kerkira” klublarında forma geyindim. 3 il Kipr çempionatında oynayandan sonra isə Ukraynanın "Volın” klubunun şərəfini qorudum. "Neftçi”dən əvvəl isə 2 il Avstriyanın "Austriya” klubunda çıxış etmişəm. Bütün oynadığım klublarda çox vaxt meydanda olmuşam, istəyirəm ki, "Neftçi”də də belə olsun. "Neftçi” haqqında məlumatı, əvvəllər burada oynamış futbolçular – İqor Mitreski və Slavço Georgievskidən almışam, onlar bildirdilər ki, "Neftçi” Azərbaycanın ən böyük klubudur. Mən buraya bu komandaya kömək eləməyə gəlmişəm, bunun üçün əlimdən gələni edəcəyəm. Harada oynamışamsa, hər görüşə final matçı kimi çıxmışam. Məşqləri izləmişəm, görünür ki, gənc və yaxşı komandadır. Səhv etmirəmsə, komandada ən yaşlı futbolçulardanam, çalışacağam gənclərə kömək edim. Püşkün nəticəsinə görə, rəqibimiz Malta klubu oldu, amma bizim səbətdə daha güclü rəqiblər var idi – Slovakiya klubu və başqaları. Biz bu oyuna ciddi hazırlaşmalıyıq, ortaya 100 faiz gücümüzü qoymalıyıq və qalib gələrək Avropa Liqasının ikinci mərhələsinə adlamalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail