"Neftçi" 4 futbolçunun transferini açıqladı

20.06.2016 | 4808 dəfə oxunub

2016-2017-ci illər mövsümünə hazırlığı davam etdirən "Neftçi” heyətini yeni futbolçularla gücləndirib. Stadium.Az xəbər verir ki, klub saytı komandaya yeni cəlb olunmuş futbolçularla bağlı ətraflı məlumatı ictimaiyyətə təqdim edib.

1. Vançe Şikov - Makedoniya yığma komandasının müdafiəçisidir. Təcrübəli müdafiəçi ölkəsinin milli komandasında 49 oyunda meydana çıxıb və 4 qol vurub. Buna qədər isə o, Makedoniyanın U-17, U-19 və U-21 yığma komandalarında forma geyinib. Son iki mövsümü "Austriya” (Avstriya) klubunda keçirən Şikov 42 matçda meydana çıxıb. Bununla yanaşı, futbolçu Yunanıstan və Ukraynada legioner həyatı yaşayıb.

2. Edson Kastilyo – 22 yaşlı futbolçu buna qədər ardıcıl olaraq 17 və 21 yaşadək futbolçulardan ibarət Venesuela yığma komandasının heyətində çıxış edib. Kastilyo 2010-2016-cı illər ərzində Venesuelanın "Mineros” klubunun şərəfini qoruyub. Dayaq yarımmüdafiəçisi doğma komandasının heyətində 101 oyun keçirib. (klub saytı)

3. Dario Melnyak – Xorvatiyalı sol cinah müdafiəçisi Belçikanın "Lokeren” klubundan icarə əsasında transfer edilib. 22 yaşlı futbolçu 2011-2015-ci illər ərzində Xorvatiyanın "Zelina” və "Slaven” klublarının formasını geyinib.

4. Murad Ağayev – Azərbaycanın əsas yığma komandasına dəvət almış futbolçu daha öncə 19 yaşadək futbolçulardan ibarət millimizin formasını geyinib. Azərbaycanda AZAL və "Sumqayıt” klublarında oynamış futbolçu 2006-2012-ci illərdə Rusiya klublarında çıxış edib.

Bununla yanaşı, qapıçı mövqeyinə də transfer prosesi hazırda davam edir. Əlavə olaraq transferlərlə bağlı yekun məlumat ictimaiyyətə təqdim ediləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail