Qurban Qurbanov: "Təəssüflər olsun ki, hələ də, mənə şübhəylə yanaşanlar var"

24.05.2016 | 4891 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah keçiriləcək "Neftçi" ilə ölkə kubokunun final matçından qabaq jurnalistlərin suallarını cavablandırıb: 

- Final oyunu hər bir futbolçunun arzusudu. Mövsüm bizim üçün uğurlu keçdi. Buna baxmayaraq, hər oyunçu bu matçın nə qədər əhəmiyyətli olduğunu başa düşməlidi. Güclü komandaya qarşı oynayacağıq. Hər bir komanda istəyər ki, kuboku qazansın. Ancaq kuboku bir komanda qazanacaq. Bu, mövsümün ən ağır oyunu olacaq. Rəqibin heyətində güclü oyunçular var. Araz Abdullayev, Anyete, Ruslan Qurbanov, Rəhman Hacıyev çox sürətli futbolçulardı. Sabah müdafiədə xüsusilə diqqətli olmalıyıq. Həm "Qarabağ", həm də "Neftçi" azarkeşlərinin say çoxdu. Ümid edirəm ki, sabah əsl futbol bayramı görəcəyik.

- Finala çempion kimi çıxmaq daha yaxşıdı, yoxsa, 6-cı yeri tutaraq...
- Məncə, bunun heç bir fərqi yoxdu. Bunlar tam fərqli turnirlərdi. Sabah məsələnin 90 və ya 120 dəqiqəyə həll olunacağı bilinmir. Gərgin oyun olacaq. Rəqibin çempionatda neçənci olmasının əhəmiyyəti yoxdu. Finala qədər çıxıblarsa, deməli buna layiqdilər.

- "Neftçi"nin sabah müdafiədən, yoxsa, hücumdan oynaması sizin üçün daha rahat olar?
- "Neftçi"nin "Sumqayıt"la son oyununa baxdım. Onlar bu oyunda da yaxşı təsir bağışladılar. "Neftçi" finala çıxmaq üçün daha çox mübarizə aparıb. Xüsusilə, "Qəbələ"ylə oyunlar çox gərgin keçdi. "Neftçi"nin sabah hansı oyun taktikasını seçməsindən asılı olmayaraq, bizim üçün çətin olacaq.

- "Neftçi" son oyunlar 5 müdafiəçiylə çıxış edir...
- Futbol elədi ki, oyun zamanı bu sistem daim dəyişir. "Neftçi" çox vaxt 5 müdafiəçiylə çıxış edir. Ancaq əvvəlcədən bilmək olmaz. Bu cür oynasalar, bizim üçün daha çətin olacaq.

- Armenteros komandanı tərk etdiyini açıqlayıb...
- Armenterosdan soruşsaz ki, baş məşqçi sənə komandadan getdiyini deyibmi, deyəcək, yox. Onun bizimlə müqaviləsi 1+1 idi. Onunla bağlı fikrimi bildirməmişəm. Özü artıq fikrini deyib. Bizim üçün indi onunla yollarımızı ayırmaq daha rahat olacaq.

- Vəli Qasımov "Sumqayıt"la oyundan sonra "kuboku qazanmaqla azarkeşlərimizə təşəkkür edəcəyik" demişdi. Bu, "Qarbağ"ın oyunçularına psixoloji cəhətdən necə təsir edir?
- Biz futbolçuların oyununu kiminsə fikri əsasında qurmuruq. Ola bilər, cavan vaxtımızda bu cür şeylərdən motivasiya kimi istifadə etmişik. Ancaq hazırda düşünürəm ki, belə şeylər futbolçuların oyuna tam köklənməsinə mane olur. Əksinə, aqressivləşdirir. Ona görə də, oyunçuları bu sözlər əsasında motivasiya etmək barədə düşünmürəm. Sabahkı oyunda motivasiyaya ehtiyac yoxdu. Futbolçular sabahkı oyuna köklənsələr, hər şey daha yaxşı olacaq.

- Sizcə, sabah stadiona nə qədər azarkeş gələcək?
- Bunu sabah PFL açıqlayacaq. Mənə elə gəlir ki, "Qarabağ"ın da, "Neftçi"nin də azarkeşləri çoxdu. Çünki, bu klublar ilk mövsümdən çempionatda çıxış ediblər. Bu komandaların azarkeşləri avrokuboklarda bir-birini dəstəkləyiblər. Sabahkı oyunda azarkeşlərin sayı çox olsa, çox yaxşı olar. Ancaq stadionun tam dolacağına inanmıram.

- Sabahkı oyunda əlavə vaxt və penaltilər seriyası barədə düşünürsüz?
- Bu, bizə mane olar. "Neftçi"ylə bunadək olan oyunlarda çox çətinlik çəkmişik. Əlavə vaxt barədə düşünmürük. Məncə, hər iki komanda oyunun əlavə vaxta getməsini istəmir.

- Adətən mövsümün son oyunu komandanı kökləmək baxımından çətindi. Bu baxımdan futbolçularla danışmısız?
- Yox, bu barədə ayrıca söhbətim olmayıb. Onlar özləri bilirlər ki, daim qalib gəlmək üçün hansı psixologiyada olmalısan. Bu da çox vacib amildi. 

- Rəqibin heyətində Anyete daim simulyasiyaya meyilli olub. Bu, sizi narahat edir?
- Biri simulyasiya edir, biri təxribata əl atır. Ancaq hakimlər də, futbolçular da bunu yaxşı bilirlər. Məni ayrı-ayrı oyunçular yox, rəqib narahat edir. Bu futbolçular barədə hakimlər xəbərdardı.

- "Rəvan"la oyundakı məğlubiyyət çoxlu söz-söhbətə səbəb oldu...
- Təəssüflər olsun ki, hələ də, mənə şübhəylə yanaşanlar var. Biz çalışırıq ki, öz proqramımız əsasında çalışaq. Belə söhbətlər olur, bunun üzərindən ötüb keçirəm. Bu, detektiv filmə oxşayır. İllərlə günahkar axtarırlar, axırda gəlib Qurbanovun üzərində dayandılar. Əsas məsuliyyət hakimlərin və jurnalistlərin üzərinə düşür. Hakim də, jurnalistlər də heç kimin haqqına girməməlidi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail