Rəşad Sadıqov: “Yaxşı istirahətə ehtiyac var”

02.05.2016 | 3189 dəfə oxunub

“Qarabağ” ötən gün “Zirə”yə 2 cavabsız qolla qalib gələrək sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirdi. Stadium.Az xəbər evrir ki, oyundan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov saytımıza müsahibə verib:

- Çox gərgin və maraqlı oyun keçdi. Bilirdik ki, rəqib bizə sona kimi təzyiq göstərəcək. İlk hissə daha gərgin keçdi. İkinci hissə isə tam üstünlüyümüz şəraitində oldu. Şükürlər olsun ki, qələbə qazandıq və çempion olduq. Biz elə bu oyunda qələbə qazanıb çempionluğun taleyini həll etmək istəyirdik. Bütün fikrimiz buna yönəlmişdi.

- Oyundan əvvəl söhbətlər var idi ki, “Zirə”dəki dostlarınıza güzəştə gedə bilərsiz...

- “Qarabağ” heç vaxt heç kimə güzəşt etməyəcək. Bu, heç zaman olmayacaq. İsəyir doğma qardaşım, atam olsun, yenə güzəşt edilməyəcək. Bu oyun da bir daha onu göstərdi.

- Ötən mövsümkü kimi qızıl dubl haqda artıq fikirləşmək olar?

- Bilirik ki, hələ cavab oyunu var. Cavab oyunundan əvvəl bu barədə danışmaq olar.

- Bu çempionluq ötən mövsümkündən asan oldu demək olar?

- Hiss olunur ki, komandamız daha da təcrübəli olub. Bütün oyunlara daha çox məsuliyyətlə yanaşırıq. Ötən mövsüm 12 xal fərqi olduğu halda  bu, bir ara 3 xala düşdü. Komandada arxayınlaşma baş verdi. İndi isə daha təcrübəliyik. Bu mövsüm isə komandada arxayınçılıq olmadı və vaxtından əvvəl çempion olduq.

- Qurban müəllimin təvazökarlığı sizlərə də keçib. Amma gəl etiraf et ki, çempionatda “Qarabağ”ın rəqibi yoxdur...

- Bütün ölkə çempionatlarında belədir. Kimsı udur, kimsəı uduzur, çempion bilmirsən hansı komanda olur.

- Səncə çempionatda rəqabət azalmayıb?

- Mən elə düşünmürəm. Çempionatın maraqlı keçdiyini düşünürəm.

- Çempionluğu necə qeyd edəcəksiz?

- Xüsusi bit təmtəraq yoxdu. Çempionatın sonuna hələ var. Eləcə də kubok oyunu.

- Yaxşı istirahətə ehtiyac var?

- Bəli, ehtiyac var. Amma çox vaxt yoxdu. Kubok oyunları, millinin oyunları, ardınca Çempionlar Liqasının təsnifat mərhələsi.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail