“Qarabağ” tarixinin rekordunu təkrarladı

02.05.2016 | 2711 dəfə oxunub

Premyer Liqanın XXXII turunda “Zirə”ni 2:0 hesabı ilə məğlub edən “Qarabağ” ardıcıl 9-cu qələbəsini qazanıb. Stadium.Az xəbər verir ki, Ağdam klubu sonuncu dəfə XXIII turda xal itirib. Fevralın 27-də “İnter”lə səfər oyununda 1 xalla kifayətlənən (1:1) ağdamlılar 65 gündür xal itirmir.

Bu müddətdə çempion “Zirə” və “Sumqayıt”ı 2:0, “Qəbələ”ni 2:1, “Rəvan”ı 5:1, “Xəzər Lənkəran”ı 2:1, “Kəpəz”i 4:0, “Neftçi”ni 2:1, “İnter”i və yenidən “Zirə”ni 2:0 hesabı ilə məğlub edib. 9 qələbə zamanı 23 qol vuran komanda 4 top buraxıb.

Bununla da “Qarabağ” tarixinin rekordunu təkrarlayıb. Belə ki, əyalət klubunun Azərbaycan çempionatları tarixindəki ən uzun qələbə seriyası da 9-a bərabər idi. 2010-2011-ci illərdə Qurban Qurbanovun yetirmələri indiki kimi ardıcıl 9 matçda 3 xal qazanmışdı. 2010/11 mövsümündə “Neftçi”yə iki məğlubiyyətin (0:1, 0:2) arasında növbə ilə “İnter”lə “Simurq”u 1:0, “Muğan”ı 2:0, “Xəzər Lənkəran”ı 2:1, “Qəbələ”ni 3:0, “Kəpəz”i 1:0, “Turan”ı 5:1, “İnter”i 2:0, AZAL-ı 1:0 hesabı ilə məğlub edib, 9 oyunda ümumi 18:2 hesabı ilə qalib gəlmişdi.

PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail