Qurban Qurbanov: "Bunu yüksək səviyyədə etmək üçün səngərdəki komandirlərin razılığı lazımdı" - MÜSAHİBƏ

02.05.2016 | 2397 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Premyer Liqanın XXXII turunun oyununda “Zirə”yə iki cavabsız qolla qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Stadium.Az bu müsahibəni təqdim edir: 

Yaxşı oyunla qələbə qazananda daha yaxşı olur. Bu, çempionluğa da aiddir. Çempio və qələbə qazanmaqla yanaşı, həm də yaxşı oynadıq. Kollektiv olaraq yaxşı futbol oynadıq, mübarizə apardıq, sürət də vardı. Hər birini təbrik edirəm. Üçüncü çemponluğumuzdur. İlin əvvəlindən bunu çox istəyirdik. Bütün qarabağlıları, rəhbərliyimizi, futbolçularımızı təbrik edirəm. Bütün qarabağlıların bir komandası var, onlar bu komandayla sevinirlər. Burdan əsgərlərimizə təşəkkür edirəm ki, bizi qoruyurlar.

Stadionda futbol atmosferi vardı. Nəticə və çempionluq öz yerində, mən oynanılan futboldan razı qaldım.

- Arxada qalan zamanda hansı oyun sizin üçün çətin keçib və bundan sonra çempionatda heyəti dəyişəcəksiz?

- Bizim üçün çempionat çətin keçdi. Biz xal itirməkdən, məğlub olmaqdan qorxuruq. Liderlik üçün oynayan komandada məsuliyyət çox olur. Bizim üçün həm asan, həm də çətin oyunlar oldu, ancaq bütün oyunlar çətin keçdi. Qələbələr qazandıqca rəhbərlik və azarkeşlər daha artığını istəyir. Çempionatda asan oyun olmadı. Bütün oyunlar bizim üçün həyacanlı keçdi. Biz artıq Maksim Medvedevlə Muarem Muaremi itirmişik. Bundan sonra da komandanı qorumağa çalışacam. Süni meydanlarda oyunçularımızı daha çox qorumağa çalışırıq. 1-2-3-4 dəyişiklik ola bilər, ancaq biz öz oyunumuzu yaxşılaşdırmağa çalışırıq. Əgər kim hazır olacaqsa onları oynadacağıq, hazır olmayacaqlarsa elə bu heyətlə də davam edəcəyik.

- Toplanış üçün rəqiblər bəllidirmi?

- Təxmini olaraq bilirik ki, toplanış neçə gün olacaq. Millini də düşünürük. Milliyə gedən futbolçular iyunun 4-də geri qayıdacaq. Hələ baxaq ki, milliyə neçə futbolçumuz gedir. Avstriyada 7-8 komanda olacaq, müəyyənləşdirəcəyik ki, hansılarla oynayaq. Ancaq 4 oyun keçirməyi düşünürəm. Milliyə görə ola bilsin ki, ilk oyunun vaxtı uzadılsın. Çünki mən millidən gələn futbolçunu dərhal oynada bilmərəm. Düşünürəm ki, oyunlarımız yaxşı rəqiblərə qarşı olacaq.

- İlk çempionluğunuzu Respublika stadionunda qeyd etmişdiz. İlk çempionluqda sevincindən göz yaşları axıdan Qurban Qurbanovla ardıcıl üçüncü mövsüm çempion olan baş məşqçi arasında nə kimi fərqlər var?

- İnsan həyatda nəyisə əldə etmək istəyirsə, onun dalınca gedirsə, burda ilk olan daha doğma olur. İlk çempionluq mənim üçün çox doğmadır. İllər idi “Qarabağ” və azarkeşləri, elə mən özümdə bu çempionluğu gözləyirdim. Hər bir idmançı arzulayır ki, miqyasından nə nüfuzundan aslı olamayaraq çıxış etdiyi çempionatda, yarışda çempion olsun. Məndə həmin gün arzuma, istəyimə çatdım. Onda emosiyalara hakim ola bilmədim.

- İndi hər kəs bilir ki, ölkəmizdə həssas bir durum var. Qarabağ bölgəsində hər gün döyüşlər gedir. Maraqlı bir tendensiya yaranıb. Tanınmış şəxslər tez-tez səngərə gedərək əsgərlərimizə dəstək olurlar. Sizin də komanda və Çempionluq Kubokunu Ağdamda səngərə aparmaq fikriniz yoxdu?

-  Çox istəyirik ki, onların yanında olaq. Ancaq bizdən aslı olmayan işlər də var. Məsələn, bunu yüksək səviyyədə etmək üçün səngərdəki komandirlərin razılığı lazımdı. Bunu bu dərəcədə böyütmək olarmı, olmazmı. Biz bir dəfə kuboku Ağdamda aparmışıq. Bunu etmək bizim üçün çox asandı. Ancaq komandirlər buna razılıq verməlidir. Olarmı və olarsa harda olar?!  O əsgərlər bizdən çox yüksək təbəqəli insanlardıq. Onlar hər an ölümlə üz-üzə dayanıb bizi qoruyurlar. Bizlər isə burda rahat oturmuşuq. Onlara nə qədər təşəkkür etsək də, hamısı azdı. Ancaq dualarımız hər zaman onlarladır.

- Bundan öncə Azərbaycan futbolunda “Neftçi” dönəmi var idi. Ancaq ardıcıl 3 çempionluqdan sonra komandada eniş dövrü başladı. Bu halın “Qarabağ”ın üçüncü çempionluğundan sonra burda baş verə biləcəyindən qorxmursuz?

- Biz həmişə qorxuruq. Bizim iş elədir ki, bunun şahidi çox olmuşuq. Çox böyük məşqçilər və komandalar bu halla üzləşiblər. Biz çalışırıq ki, üzərimizə düşən işi layiqincə yerinə yetirək. Mən həmişə futbolçularımdan tələb edirəm ki, stabil oynasınlar. Stabil oynayanda təsadüfi halda nəticə olmaz. Biz əlimizdən gələni edirik ki, qarşıdakı mövsümdə belə hal yaşanmasın. Ancaq ola bilər ki, qarşıdakı mövsümdə hansısa bir komandada yüksəliş olsun və onlarda komanda yaratmaq, idarəçilik bizdən daha yaxşı qurulsun. Bizdə buna ancaq sevinə bilərik. Çünki həm rəqabət yaranır, həm də ölkə futbolu bu yolla inkişaf edir.

- 44 yaşda ölkə daxilində bütün uğurları qazanmısız. Bu uğurları qazanmaqda sizi motivasiya edən kimdir?

- İnsan hər işində peşəkar və istəkli olmalıdır. Ən önəmlisi isə düzgün olmaqdır. Düzgün olanda işləri də düzgün qurursan. Bu uğur bizi çaşdırmamalıdır. Biz elə peşə seçmişik ki, il boyu özünü idarə etməlisən və uğur dalınca getməlisən. Məsələn, mən. Komandada rəhbərliklə, futbolçularla, sizin önünüzdə özümü düzgün idarə etməliyəm. Bütün bunlar məsuliyyət tələb edir. İnsan öz insani keyfiyyətlərini dəyərləndirəndə uğur qazanmaq olar.

- Joze Mourinyoya uğur qazandıran yüksək səviyyəli transferlər və özündən razı açıqlamalarıdır. Qurban Qurbanov isə təvazökarlıq və intizamlı komanda ilə uğur qazanır. Özünüzü necə xarakterizə edə bilərsiz?

-  Biz o səviyyədə danışmasaq yxşı olar. Çünki bizim öz çempionatımız və mentalitetimiz var. Şükürlər olsun ki, biz müsəlmanıq. Bizim öz qaydalarımız var.

- Bu 3 çempionluqdan hansı daha çətin oldu?

- İlk olan həmişə çox çətin və şirin olur. Hər uğurdan sonra o uğuru qazanmaq isə çox çətin olur. Çünki tələblər daha da çoxalır. Daha artığını istəyirlər. Hər ildən ilə çempionluq qazanmaq daha çətin olur. Məncə bizi rəqibsiz görənllər yanılırlar. Biz 3 il çempion olmuşuqsa demək, başqa komandalardan yaxşı futbol oynamışıq. Gələn il bundan da çətin olacaq. Futbolçuları və məşqçilər korpusun qoruyub saxlamaq olduqca çətindir. Kubok tam fərqli turnirdi. Biz burda ilk kuboku qazananda çempionatda zəiflər arasında idik. Ancaq Ölkə Kubokunda yarımfinalda “Bakı”nı, finalda isə “İnter”ə qalib gəldik. Ancaq bu o demək deyildi ki, biz bu komandalardan üstün idik. Belə hallar olur. Sadəcə olaraq bir bu oyunlara düzgün hazırlaşdıq. Çox ölkədə görürük ki, kubokda sürpriz komanda qalib olur.

- Siz komandanızı ÇL-nın qrupu üçün hazır sayırsız?

- Biz də bunun üçün çalışırıq. Bir dəfə mənə sual vermişdilər ki, Çl-nın qrupuna düşmək üçün 6 peşəkar oyunçu almaq bəs edərmi? (gülür) Onlar mənim əlimdə olsa da, olmasa da mən buna söz verə bilmərəm. Bəzən hər istədiyin alınmır. Biz sadəcə olaraq bunun üçün çalışırıq. Bir şeyə sizi əmin edə bilərəm ki, bunun üçün çox çalışırıq.   

- Ölkə daxilində bütün uğurları qazanmısız. Başqa bir çempionatda gücünüzü yoxlamağın vaxtı çatmayıb ki?

- Qardaş, mən bu komandadayam. İstəyəm ki, həmişə vətənim və öz “Qarabağ”ımız üçün qulluq edim. Bizim o səviyyəyə gedib çatmağımıza hələ çox var. Başqa bir futbol ölkəsində çalışsaydıq, bizə maraq olardıq. Ancaq bizi kiçik futbol ölkəsi kimi tanıyırlar. Bizə inam və maraq yoxdur.

- Çempionluğu kimə hsər edirsiz?

- Həmişə sevincimizi xalqımızla bölüşmüşük. Bu çempionluğu da bütün qarabağlılara həsr edirik. Onlar bizdən daha çox şey gözlədikləri üçün bizdən daha çox sevinirlər.

- Ötən mövsümün sonunda komandadan iki futbolçu ayrılmışdı – Muarem Maurem və Leroy Corc. Muarem əsas heyətə düşə bilmədi və geri qayıtdı. İndi Leroy Corc da oynamır. Onu qaytarmaq fikriniz yoxdur?

- Xeyir, belə bir düşüncəmiz olmayıb. Heç bu barədə məlumatımız da yoxdur.

- Şenol Günəş bildirib ki, “Beşiktaş” olaraq “Qarabağ”la oynamağa hazırdırlar...

- Ola bilər ki, toplanışda və Avrokuboklarda biz bu komandayla oynaya bilərik. Mən Şenol Günəşi hər zaman izləmişəm. Günəş Türkiyə millisində, “Trabzonspor”da, Cənubi Koreyada uğurlar əldə edib. İndi də komandası çox yaxşı futbol sərgiləyir. Ona həmişə azarkeşlik etmişəm. Düzün bilmək istəyirsizsə, Türkiyədə də məhz “Beşiktaş”a azarkeşlik edirəm. Belə bir şans əlimizə düşsə niyə də olmasın?

- Daha əvvəl demişdiz ki, sizə görə ən çox ananız həyacan keçirir. Bu oyundan sonra ananızla danışmısızmı?

- Hələ ki, yox. İmkan veririsiz ki, gedim, anamla danışım. (gülür) İndi o qədər zəng edib ki mənə. Mən hər zaman demişəm, mənim ən böyük azarkeşim anamdır. Uğurlarımda anamın rolu böyükdür. Həmişə məndən tələb edib ki, əxlaqlı olum və insani keyfiyyətlərim yüksək olsun.

- “Qarabağ”ın prezidenti Tahir Gözəl son müsahibəsində bildirib ki, komanda super futbol ounamır. “Qarabağ” super futbol oynamalıdır. Tahir bəy bunu bir növ sizdən tələb kimidə səsləndirib. Bu məqam sizi düşündürür?

- Biz çalışırıq ki, daim yaxşı futbol oynayaq. Çünki biz uğur əldə etmək istəyirik. Rəhbərlik də bunu bizdən tələb edir. Bunun üçün əlimizdə olan imkanlarla ən yaxşısını etməyə səy göstəririk.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail