Əsgər Abdullayev: "Bu gün komanda xal itiribsə əsas günahkar mənəm"

05.02.2016 | 6373 dəfə oxunub

“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 20-ci turunda doğma meydanda “Rəvan”la 1:1 hesablı heç-heçə etdi. Stadium.Az xəbər evrir ki, “Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev oyundan sonra matç barədə bunları söylədi:

“Oyuna səthi yanaşmaq lazım deyil. Komandaları reytinqə ayırmaq lazım deyil. Rəqibi qiymətlədirmək lazımdı. Amma ona yuxarıdan aşağı baxmaq yox. Komanda mən istədiyim kimi oynamadı. Mən gözləmədiyim oyun gördüm. Bu gün futbolçular məsuliyyəti tam dərk etmirlər. Komandada ara-sıra belə şeylər olur. Rəqibi reytinqə görə qiymətləndirmək düzgün deyildi. Mən hakimlik haqda danışmaq istəmirəm. Rəqiblə həmişə hesablaşmaq, dəyərləndirmək lazımdı. Sonra oyun zamanı bunu toparlamaq, düzəltmək çətin olur. Bunun da üzərində çalışırıq, istəyirik, təkrarlanmasın. Biz bu gün müdafiə futbolu oynamadıq. Biz gördük ki, rəqib qapalı futbol oynamır. Bizdə isə bəzi futbolçular passiv oldular, nəticədə istədiyimi edə bilmədik. Bu gün komanda xal itiribsə əsas günahkar mənəm. Yəqin ki, nəisə düzgün başa salmamaışam. Ancaq uğur da, uğursuzluq da bir yerdə əldə edilir. Bu gün meydandakı bizim oyunumuz deyildi. Burdan çıxıb gedib bazada toplaşacağıq, bu məsələyə də aydınlıq gətirəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail