"Formula 1" 10 il Azərbaycanda

05.02.2016 | 2457 dəfə oxunub

Azərbaycan təşkilatçıları Formula 1 Qran Pri yarışlarının Bakıda keçirilməsi üçün 10 illik müqavilə imzalayıb.

Stadium.Az xəbər verir ki, Formula 1-ə rəhbərlik edən FOM şirkəti ilə Bakı yarışlarını təşkil edən Baku City Circuit arasında müqavilənin imzalanması iki il əvvəl bəyan edilsə də, kontraktın detalları indiyədək açıqlanmamışdı.

Yarışa sahiblik etmək üçün illik ödənişin nə qədər olacağı "məxfilik şərtinə" görə açıqlanmır, lakin BBC Azərbaycancaya danışan britaniyalı Formula 1 eksperti bunun 2016-cı ildə 34 milyon dollar olaraq hər il təxminən 10 faiz qalxacağını bildirib.

Formula 1 yarışlarının neçəyə başa gəlməsi barədə təxminlər arasında fərq böyük olsa da, Bakıdakına bənzər küçə yarışlarını təşkil etmək hər il "80-90 milyon dollara" başa gəlir, ekspert Christian Sylt BBC Azərbaycancaya deyib.

Bundan başqa, Gənclər və İdman naziri Azad Rəhimovun sözlərinə görə, Formula 1 yarışı üçün təkcə yolların hazırlanmasına 12 milyon manat sərf olunacaq.

5 milyon manat isə tədbirlərin, seminarların keçirilməsinə, əməliyyat xərclərinə, əmək haqlarının və digər xərclərin ödənilməsinə yönəlib.

"Əlbəttə BCC [Baku City Circuit] bilir ki, bu qədər böyük tədbiri təşkil etmək üçün böyük vəsait tələb olunur", təşkilatçılar BBC Azərbaycan xidmətinin sorğusuna cavab verib. "Lakin biz inanırıq ki, ümumi iqtisadi təsir, milli iqtisadiyyata çox böyük xeyir verəcək - həm qısa həm də uzun müddətdə, həm bilavasitə həm də dolayı şəkildə".

"Yarışların qiymətini hökumət ödəyəcəkmi" sualına BCC cavab verməsə də bildirib ki, gəlirlər üçün sponsorların dəstəyinə və biletlərin satışına güvənir.

Daha əvvəl BBC Azərbaycancanın gördüyü rəsmi sənədə əsasən, 2016-cı ildə ölkədə beynəlxalq idman yarışlarının keçirilməsi üçün dövlət büdcəsindən 324 milyon manat ayrılması nəzərdə tutulub. Bundan sonra büdcə yenidən nəzərdən keçirilib deyə bu rəqəmin dəyişməsi mümkündür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail