"Neftçi" bəyanat yayıb Çingiz Abdullayevi "quş" çıxartdı

05.02.2016 | 3182 dəfə oxunub

"Neftçi” futbol klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin şəxsi "facebook" səhifəsində etdiyi paylaşım son günlər idman mətbuatında müzakirə mövzusuna çevrilib.

Stadium.az xəbər verir ki, mövcud vəziyyətə aydınlıq gətirmək və ictimaiyyəti məlumatlandırmaq üçün "Neftçi” klubu bəyanat yayıb. 

Bəyanatda deyilir: "Çingiz Abdullayev bir sıra ictimai təşkilatlara rəhbərlik etməklə yanaşı, “Neftçi”nin Müşahidə Şurasının sədridir. Çingiz Abdullayevin feysbukdakı paylaşımında yer alan “4 uşaq atasının ixtisara salınması haqqında sənədə qol çəkə bilməzdim” fikrinin “Neftçi”yə heç bir aidiyyatı yoxdur. Bu məsələdə klubun adının hallandırılması düzgün deyil.

"Neftçi"yə işçilərin işə qəbul edilməsi və yaxud onların işdən kənarlaşdırılması klubun Müşahidə Şurası sədrinin və üzvlərinin səlahiyyətlərinə daxil deyil. Müşahidə Şurası klubun işçi ştatını, struktur cədvəlini təsdiq edir.

Klubun yeməkxanasındakı 5 əməkdaşın işdən kənarlaşdırılması haqqında deyilənlər isə tam əsassızdır. Bildiririk ki, yeməkxanada çalışan 5 yox 2 əməkdaş (aşpaz və mətbəx üzrə cavabdeh şəxs) 30.04.2015-ci il tarixində məhz öz xahişləri ilə işdən çıxıblar.

“Neftçi” komanda üzvlərinin və işçilərin qida təminatını həyata keçirmək və eyni zamanda maliyyə xərclərinin optimallaşdırılması məqsədi ilə qida təminatçısı olan podratçı şirkətlə müqavilə imzalayıb. Nəticədə qida üçün ayrılan maliyyə vəsaitinə qənaət edilməsi ilə yanaşı, klubun bazasında bütün əməkdaşların yeməklə təminatı mümkün olub".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail