Eddi İsrafilov: "Əgər “Kordoba”da müntəzəm çıxış etsəm, Azərbaycan millisindəki yerimi də möhkəmlədərəm"

04.02.2016 | 3263 dəfə oxunub

Xəbər  verdiyimiz kimi, millimizin üzvü Eddi İsrafilov “Eybar”dan ayrılaraq II liqada mübarizə aparan “Kordoba”ya keçib.

Stadium.Az xəbər verir ki, İsrafilov bununla bağlı danışıb: 

“Mursiya” ilə bağlı gözəl xatirələrim olub. Oranı özüm üçün ikinci ailə hesab edirəm. Amma seçim zamanı diqqətli olmalı idim. Çünki inkişafım üçün rəqabəti güclü komanda seçməli idim. “Kordoba” Sequndada ilk “üçlük”də qərarlaşan komandadı. Onlar La Liqaya vəsiqə uğrunda mübarizə aparırlar. Qarşıya qoyulan hədəf bu komandaya üstünlük verməyimə kömək oldu.

Mən indi Azərbaycan millisinin də üzvüyəm. Yığmanın baş məşqçisi Robert Prosineçki mənə tez-tez dəvət göndərir. Onunla münasibətim çox yaxşıdı. Əgər “Kordoba”da müntəzəm çıxış etsəm, yığmadakı yerimi də möhkəmlədərəm. Klubdan yığmanın düşərgəsinə yollanmaqla bağlı problem yaranmayacağına söz veriblər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail