Rusiya milliləri Avropa çempionatının qalibidi

23.11.2015 | 2317 dəfə oxunub

İslandiyanın paytaxtı Reykyavikdə keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı başa çatıb. Ümumilikdə birincilik uğrunda 66 komanda mübarizə aparıb.

Stadium.az xəbər verir ki, Avropa çempionatının yekun turunda kişilərdən ibarət Azərbaycan milli komandası Almaniya seçməsi ilə sülh bağlayıb. Teymur Rəcəbov və Rauf Məmmədov rəqibləri ilə xalları yarı bölüb. Şəhriyar Məmmədyarov Liviu-Dieter Nisipeanu üzərində qələbə qazansa da, Eltac Səfərli bu turda məğlub olub.

Yekunda kişilərdən ibarət Azərbaycan komandası Avropa çempionatını 11 xalla 7-ci yerdə başa vurub.

Qadınlardan ibarət yığmamız isə sonuncu turda İngiltərə millisinə 3,5:0,5 hesabı ilə qalib gəlib. Gülnar Məmmədova, Nərmin Kazımova və Ülviyyə Fətəliyeva rəqiblərini təslim etməyə müvəffəq olublar. Zeynəb Məmmədyarova isə xalları yarı bölüb.

Beləliklə, qadınlardan ibarət milli komandamız 9 xal toplayaraq turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Çempion adını isə həm kişi, həm də qadın komandaları arasında Rusiya yığması qazanıb.  azərtac



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail