Şahin Diniyev: “Ən böyük arzum bu komanda ilə Avrokuboklarda çıxış etməkdi” - RUBRİKA

23.11.2015 | 16335 dəfə oxunub

Bundan sonra Stadium.Az olaraq “Ordan-Burdan” rubrikası ilə oxucuları tanış edəcəyik. İlk qonağımız isə Milli komandamızın keçmiş kapitanı, baş məşqçisi, veteran futbolçu, hazırda “Kəpəz” klubunun baş məşqçisi olan Şahin Diniyev oldu. Şahin müəllimin vaxtı çox olmasa da, biizə vaxt ayırdı və “Ordan Burdan” danışdıq.

- Şahin müəllim, lap əvvəldən başlayaq. Futbola gəlişinizi tam olaraq necə xatırlayırsız?

- Həyatda hər şey təsadüfdü. Təsadüfdən zərurət doğur. Mən də təsadüfən gəlmişəm futbola. 80-ci illərdə böyük qardaşim qatarda Beyləqandan Bakıya gedərkən təsadüfdən yolda kupe yoldaşı Vladimir İvanoviç Klatsyonov olub. Bakıya qədər söhbət ediblər və qardaşım ona deyib ki, mənim kiçik qardaşim var, futbolu çox sevir, həyətdə bütün günü futbol oynayır. O da futbol məşqçisi idi. Deyib ki, gətir baxaq. Səhv etmirəmsə, avqust ayı idi. Birdən mənə dedi ki, gəl gedək Bakıya. Məni Bakıya gətirdi. Balaca uşaq idim, 13 yaşim var 14-ə keçmişəm. Məni gətirdi Bakıxanov qəsəbəsində idman təmaüllü məktəbə və orada o vaxtlar futbol seleksiyasi üzrə seçimlər gedirdi. Mən də gəldim ora. Elə bil nağıllar aləminə düşmüşdüm. Birinci dəfə məşq etdim. İkinci dəfə yenə məşq və futbol oynadıq. Klatsyanov qardaşıma dedi ki, “qoy qalsın, bunda nəysə var. Görürəm futbolçu ola bilər. Get məktəbdən sənədlərini götür, gəl".

Mən uşaq idim. Qərar vermək qüdrətim yox idi. Qərar verildi ki, mən gəlim Bakıya. Artiq 7-ci sinifdə Bakıda orta məktəbə və həmin idman təmaüllü məktəbə daxil oldum və burdan futbol həyatım başladı.

- Hansısa bir məqam yarandı ki, seçim qarşısıda qalib, amma futbolu seçmisiniz?

- Bəli belə bir şey olub. Mənim müəllimlərim məni məcbur eləyiblər oxumağın ardınca gedim, nəinki futbolun. O vaxt mənim oxumağım da yaxşı idi. 9-cu sinifə qədər dərslərimdən 5 almışam, əlaçı olmuşam və sinifqom idim. Mənim müəllimlərim məcbur edirdi ki,10-cu sinifdən elm dalınca gedim. Əsas da Kimya müəllimim vardı, adı da Kəmalə idi, səhv etmirəmsə. Onlar həmişə mənə hirslənirdilər, qışqırırdılar ki, futboldan uzaq dur. Sən oxumaq dalınca getməlisən. Həmin o vaxt seçim yarandı. Müəllimlərim məni məcbur etdi oxumağa, ancaq mən futbolu seçdim.

- Bəs elə bir an da olub ki, futbolu seçdiyinizə görə peşman olasınız?

- Yox peşman olmamışam. Kimsə mənə desəydi ki, bu yolu seç, peşman ola bilərdim. Özüm seçmişəm və seçimimdə peşman deyiləm.

- Sonradan bir neçə ölkədə legioner həyatı yaşadınız. Ən çox görüb-götürdüyünüz və bu baxımdan fərqləndirə biləcəyiniz ölkə hansıdı?

- Mən hər dəfə komandaları yaxşıya doğru dəyişərək getmişəm. Ölkələr də onun içində olub. Yəni mən xoşbəxtəm ki, bir neçə ölkədə legioner həyatı yaşamışam. Futbol İsraildə bir başqadı, Rusiyada bir başqa, Moldovada da oynadığım dövrdə bir başqa idi. Demək olar ki, o vaxt SSRİ-də peşəkar futbolun olmamasına görə, həmişə biz həvəskar sayılmışıq. Yəni ki, hansısa futbolçunu zavoda, fabrikə yazırdılar və ordan maaş alırdılar. Peşəkar deyildik, amma İsraildə gördüm bu peşəkarlığı. Orda 5 il oynadığım müddətdə, futbolçunun futbola yanaşması, futbolçuya yanaşması, komandanın futbolçuya, futbolçunun komandaya, ümumiyyətlə,  özünü məşqlərə hazırlamaq, oyunlara hazırlamaq, azad şəkildə idi. Heç kəs səni heç nəyə məcbur etmir, yaxşı məşq et, pis məşq et, sadəcə məşqçi məşqini verir, futbolçu götürür. Ona görə də, mən əsil peşəkarlığı İsraildə gördüm. Ona görə də, mənim üçün ən fərqli ölkə İsrail oldu.

- Bir neçə ölkədə legioner həyatı yaşamaq, fərqli-fərqli mentalitetlərlə ayaqlaşmaq heç də asan iş deyil. Bunu necə bacarırdız?

- Çətin idi. Getdiyin yerlərdə tək özünü yox, həm də ölkəni təmsil edirsən. Yəni azərbaycanlı futbolçu deyilirsə, sən burda özünlə bərabər həm də, öz ölkənə görə məsuliyyət daşıyırsan. Etdiyin hərəkətlər, özünü aparmağın, tərbiyən dövlətə uyğun gəlməlidi. Artıq sən yox, sadəcə Azərbaycan adı gedir. Ona görə də çalışmışam ki, ölkəmizin, dövlətimizin adına xələl gətirmiyim. Çətin olub, dözmüşəm. Asan heç nə olmur. Olduğun ölkələrdə onların  mədəniyyətinə, dilinə hörmət etməlisən ki, səni qəbul etsinlər. Mən çalışmışam ki, o ölkələrdə adət-ənənələrinə, dilinə, mədəniyyətinə hörmət edim. Dillərin öyrənməyə, həyat tərzlərinə uyğunlaşmağa çalışmışam.

- Geri dönüb baxsaq, futbolçu karyeranızı necə qiymətləndirərdiz?

- Karyerama baxanda gileylənmirəm, çünki həm milli komandaların aşağı yaş qruplarında oynamışam, həm milli komandanın kapitanı olmuşam. Klub səviyyəsində Azerbaycan 1-ci dəstəsi, güclülər dəstəsi komandalarında top qovmuşam. Rusiya güclülər dəstəsində, İsrailin həm birinci, həm də güclülər dəstəsində top oynamışam. Demək olar ki, futbolçu karyerası üçün böyük bir uğurdu. Mən karyeramı uğurlu saya bilərəm.

- Məlumdur ki, 2 övladınız futbolçudu. Bu sizin, yoxsa onların özünün verdiyi qərardı?

- Belə deyim, mənim 4 övladım var. Allah hamıya qismət etsin. 3 oğlum, bir qızım var. 2 böyük oğlum futbolla məşğuldu. Bunlar doğulandan evdə onların oyuncaqları top olub və baxdıqları atasının futbolu. Bu artıq belə deyək ki, həyat tərzindən onlara hopan hobbimi deyim, istəkmi deyim o idi. Ancaq onu deyim ki, 7 yaşından məşqlərə aparmışam. Səhər tezdən, axşam, soyuqda, yağışda, qarda da məşqlərə aparmışam. Əvvəldən də onlara demişdim ki, mən demirəm siz futbolçu olun. Sadəcə uşaqda böyük enerji var, onu harasa sərf etməlidir və onu istədim müsbət yerə, yəni futbola, idmana sərf etsinlər. Nəinki getsin kompyuter oynasın, pis vərdişlərə düşsün. Mən bu barədə onlara dəstək oldum, ancaq onların özlərinin futbola sevgisi olub. Futbol elədi ki, onun içinə düşdünsə, artıq ordan çıxa bilmirsən. Narkamaniya kimi bir şeydi. Onlara görə heç kəsə xahiş etməmişəm. Onlar nə qazanıblarsa, tam özləri qazanıb.

 - 3 oğlan övladı dediniz, bəs digər oğlan övladınız necə, ümumiyyətlə, futbolla maraqlanmayıb, yoxsa onda alınmayıb? - O balaca oğlumdu 11 yaşı var. O, daha çox elmi seçib, yəni savadlı uşaqdı, özüm də görürəm bacarığı çoxdu. Ona görə də mane olmadım. Qoy bir nəfər də oxumuş olsun da içimizdə (gülür).

- Coşqunun "Qarabağ"da, Kərimin isə "Kəpəz"də oynamasında sizin hansısa məsləhət və tövsiyyələriniz olub?

- Tam səmimi, necə olub deyirəm sizə. Çoşqun 7 yaşından "İnter"də başlayıb futbola. Öncə əvəzediciyə yüksəldi.Sonra Kaxaber Sxadadze ("İnter"in keçmiş baş məşqçisi) tərəfindən əsas komandaya dəvət olundu. Orda da özün doğruldub, əsas heyət üzvünə çevrildi. Deyərdim "İnter" karyerası çox uğurlu oldu. Açıq deyirəm, sonda 3 klubdan "Neftçi", "Qəbələ" və "Qarabağ"dan təklif gəldi. Seçimi mən Çoşqunun özünə buraxdım. Bilirsiz,  yaxşı olanda deyir özüm elədim, pis olanda deyr kimsə elədi. Ona görə də, seçim sənindi. O da "Qarabağ"ı seçdi. Bu yolda Qurban Qurbanovun da əməyi danılmazdı. O, həqiqətən Coşqunu istədi və "Qarabağ"da oynamasına nail oldu. Bir sözlə, "Qarabağ"da oynamasını birbaşa Qurban Qurbanova bağlayıram və ona da təşəkkür edirəm. Kərimə gəldikdə o, AZAL-da oynayırdı. İstəməzdim müqaviləsi ola-ola onu komandama götürüm, həm də AZAL-a lazım idi. Amma həyat elə gətirdi ki, AZAL-da maliyyə problemi oldu və oyunçular azad agent olaraq buraxıldı. Məndə Şəhriyar Rəhimov və Kərimi Gəncəyə gətirdim.

- Futbola təsadüflə gəldiyinizi dediniz, bəs məşqçilik karyeranız necə başladı?

- Heç ağlımdan keçməzdi nə zamansa məşqçi olacağam. 96-cı ildə İsraildən qayıdandan sonra zədə ilə bağlı futbola əlvida dedim. O vaxt AFFA rəhbəri olan Fuad Musayev təklif etdi ki, 16 yaşlılardan ibarət millidə köməkçi məşqçi kimi işə başlayım. Baş məşqçi Vaqif Paşayev idi, elə onun yanında işə başladım. Əvvəl futbolla maraqlanırdımsa artıq məşqçiliklə maraqlanmağa və mutaliə etməyə başladım. Vaqif Sadıqovun da inkişafımda əməyi danılmazdı. Təcrübəli məşqçi kimi mənə dayaq olub, daha da irəli getməyimi istəyib. Fuad Musayevin məşqçiliyə gəlməyimdə, Vaqif Sadıqovun isə məşqçi kimi püxtələşməyimdə əməyi danılmazdı.

- Hansısa məqam olub ki, məşqçiliyə gəldiyinizə görə peşman olmusunuz?

- Doğurdan da futbolçu olmaq asandi, nəinki məşqçi işləmək. Futbolçu tək özünə cavabdehdi, amma məşqçi özünə, bütün futbolçulara. Məsuliyyətin çoxalır. Psixoloq olmalısan, anatomiyanı bilməlisən, insanlara yanaşmanı düzgün aparmalısan. Məşqçilik həqiqətən stresdi, əsəbdi, amma məşqçilərin xoş günləri, qələbələri, uğurlari da olur. Ona görə də yaşamağa dəyər. Peşman deyiləm.

- Gəncədə işləriniz necə gedir?

- Bilirsiz,  mən hər zaman işə çətinliklə başlamışam. Bir söz var, deyirlər, işlərin çətin gedirsə, deməli, sən düz yoldasan. Gəncədə işlərimizə iyuldan başlamışıq. Maliyənin böyük rolu var. Bizə gələnlərin çoxu klublarına lazım olmayan futbolçulardı. Komandada orta yaş həddi 23-24-dü. Sürətli və öz fəlsəfəmə uyğun futbolçular seçdim. Deməzdim fəlsəfəmi otuzdura bilmişəm. Hələ yolun  başlanğıcındayıq. Amma sürətli və aqressiv hücum edən komanda yarada bilmişəm. Autsayder deyilik, liderlərlə başa-baş mübarizə aparırıq. Ən başlıca məni sevindirən budur ki, komandada oyun var. Əsas olan oyun varsa deməli,  nəticə özü gələcək. 3 ayın komandasıyıq, aradakı anlaşma tam düzəlsə, bu komanda çox şeyə nail olacaq. Azərbaycanda gələcəyi ola biləcək komanda ola bilər. Bu yolda rəhbərlikdə daim yanımdadı və mənə sərbəst, azad işləmək üçün şərait yaradılıb.

- Premyer Liqada real olaraq komandanı hansı hədəfə kökləmisiz?

- Liqa başlayanda hədəfimiz ilk altılığa düşmək idi. Ama məlumdu ki, iştah diş altındadı. Oyunlar göstərdi ki, daha yuxarı yerlər uğrunda da mübarizə apara bilərik. İlk dəfə sizə deyirəm bunu. Ən böyük arzum bu komanda ilə avropada çıxış etməkdi. 13 tur ərzində göstərdiyi oyunla bu komanda buna laiqdi.

- Sizcə Avrokuboklara vəsiqə qazana bilsəniz, komanda bu gücü ilə Azərbaycanı layiqli təmsil edə bilər?

- Gəlin real danışaq. Desəm ki, qrupa düşəcəyik, yalançı olaram. Bu, mənə yaraşmaz. Amma bir  və ya iki mərhələ keçəriksə bu, Gəncə futbolunun uğuru olar. Ola bilər heç bir mərhələ də keçməyək, amma məncə bu komandanın ora getməsi də Gəncə azarkeşləri və bizlər üçün uğur sayılar.

- “Xəzər Lənkəran”la oyundan sonra da, maddi vəziyyətin heç də yaxşı olmadığını açıqca dediniz. Avrokuboklara vəsiqə qazana bilsəniz bu büdcə ilə çətin olmayacaq bəs?

- Elə ordan gələn gəlir bizim üçün məncə yetərli olacaq (gülür).

- "Kəpəz"i digər klublardan fərqli edən həmdə onun azarkeşləridi. Bu haqda nə deyərdiniz?

- O tərəfdən ən xoşbəxt komandayıq. Hətta deyərdim "Qarabağ"dan da xoşbəxt komandayıq. Çox təsiredici idi o azarkeşlərin qarşısında oynamaq. Özüdə onu deyim ki, çox savadlı azarkeşlərdi. Əksəriyyəti 50, 60, 70 yaşlarında olan həkim, müəllim və oxumuş orta təbəqənin insanlarıdı. Əvvəllər deyirdilər ki, güclə gətirirlər azarkeşləri. "Xəzər"lə oyunda 18 min azarkeş var idi. Özdə aşura günündə. Bu, artıq "Kəpəz"ə olan sevgidən irəli gəlir. Bizim oyuna gələn azarkeş sayı digər 4 oyunun bir neçə turda yığdığı azarkeşdən çox olur.

- Sonda Premyer Liqa üçün praqnozunuz necədi, bir bu barədə də fikirlərinizi bilmək maraqlı oalar...

 - Gəlin real danışaq "Qarabağ" və "Qəbələ" çempionluq uğrunda mubarizə aparır. 3-cü və 4-cü yerlər uğrunda isə bir neçə komada var ki, onlar vuruşacaq. Onlardan biri də bizik (gülür).


Xanoğlan İmanov







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail