FIFA "Neftçi"ni haqlı çıxartdı

13.10.2015 | 3297 dəfə oxunub

FİFA “Neftçi”də çıxış edən Samir Məsimovla bağlı Rusiyanın “Spartak” klubunun şikayətinə baxıb. Stadium.az xəbər vevrir ki, bununla bağlı Bakı təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumatda deyilir: “26.12.2014-cü il tarixində Rusiyanın “Spartak” klubu “Neftçi” PFK-ya məktub ünvanlayaraq futbolçu Samir Məsimovun Moskva klubunda qeydiyyatda olduğunu əsas gətirərək  futbolçunun “Neftçi” PFK ilə ilk peşəkar müqaviləsi olduğu üçün klubumuzdan 42 min 541 avro məbləğində təzminat tələb edib.

19.02.2015-ci il tarixdə Moskva klubu FİFA qarşısında tələb olunan təzminatın “Neftçi” PFK tərəfindən ödənməsi tələbi ilə vəsatət qaldırıb.
 
Uzun müddət davam edən prosesə “Neftçi” PFK tərəfindən təcrübəli vəkil cəlb olunub və “Spartak” klubunun FİFA-ya ünvanladığı iddianın tərkibində əsassız məqamların yer aldığı aşkarlanıb.

Bu gün FİFA tərəfindən “Neftçi” PFK-ya daxil olmuş məktubda ali futbol qurumunun “Mübahisəli Məsələlərin Həlli” şurası proseslə bağlı “Neftçi” PFK tərəfinin haqlı olduğunu və “Spartak” klubunun iddiasının rədd edildiyini bildirib”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail