Vaqif Sadıqov: "Millimiz 3-cü yeri tutacaq gücdədir"

05.09.2015 | 2725 dəfə oxunub

"Hamı fikirləşir ki, Malta ilə matç rahat olacaq. Belə düşünsək, bu, bizə qarşı çevrilə bilər. Əksinə, bu ən ağır oyunlardan biri olacaq. Rəqib İtaliyadakı oyunun son bölümlərində buraxılan topla minimal hesabla uduzdu. Bu, Malta millisinin öz meydanında xal üçün meydanın hər qarışı uğrunda var gücü ilə mübarizə aparacağını göstərir".



Stadium
.Az "Report"a istinadən xəbər verir ki, bu sözləri AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib. 

"Avro-2016"nın seçmə qrup matçı ilə əlaqədar Azərbaycan millisi ilə birgə Maltaya səfərə çıxan V.Sadıqovun fikrincə, baş məşqçi Robert Prosineçki və onun köməkçiləri rəqibə layiqincə qiymət verir, lazımi təhlillər aparıblar: "İnşallah, sabah meydana tam hazır komanda çıxarılacaq. Qələbəyə köklənməkdən əlavə, ardıcıllığı davam etdirmək və xal ehtiyatını artırmaqdan ötrü məzmunlu oyun və rəqibə hörmətlə yanaşmaq çox vacibdir. Məncə, bu, yığmamızda nəinki vacib, hətta bəlkə ən üstün olan amildir. Biz Maltanı İtaliya və ya Xorvatiyadan ayırmır, hər bir komanda ilə oyuna ciddi, peşəkarcasına hazırlaşır, məqsədyönlü iş görür, bütün gücümüzü sərf etməklə nəticə əldə etməyə çalışırıq. Məncə, bu oyunda da belə olacaq. Futbolçularımız sonadək mübarizə aparıb lazımi xalı əldə edəcək və yüksəlişi davam etdirəcəklər".

V.Sadıqovun sözlərinə görə, Azərbaycan millisi hazırda yer aldığı H qrupunda 3-cü yer uğrunda mübarizə aparmağa qadirdir. Amma bunun üçün hədəfə pillə-pillə addımlamaq lazımdır: "Turnir cədvəlinə baxdıqda, ən azı Bolqarıstanı keçməyə imkanımızın olduğunu görürük. Amma gəlin, biz 3 oyunu fikirləşməyək. Hər bir qarşılaşmaya pillə-pillə baxaraq adlayaq. Növbəti rəqib Maltadır. Əvvəlcə bu komandanı məğlub edək, sonra da İtaliya ilə Bolqarıstanı düşünək. Amma məncə, millimiz Malta, Bolqarıstan və Norveçlə 3-cü yer üçün mübarizə aparacaq gücdədir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail