Sadıq Sadıqov Çingiz Abdullayevin cavabını verdi

04.09.2015 | 6614 dəfə oxunub

Ötən gün mətbuata müsahibə verən “Neftçi”nin müşahidə şurasının sədri Çingiz Abdullayev bəzi açıqlamalarıyla diqqət çəkmişdi. Stadium.az xəbər verir ki, Abdullayev açıqlamasında klubun son prezidenti Sadıq Sadıqovun dönəmində “Neftçi”nin 3 milyon dollara yaxın borcunun qaldığını bildirib. Bu məsələyə Sadıq müəllimində cavabı gecikməyib. Sadıqov saytımıza açıqlamasında Abdullayevin sözlərinə cavab olaraq bunları dedi:  

“İnanmıram ki, Çingiz Abdullayev belə danışsın. Onun sözləri yəqin səhv başa düşülüb.

Biz komandanı təhvil verəndə futbolçuların və klub işçilərinin iki aylıq əmək haqqı verilməmişdi. O da müvəqqəti çətinlikdir, olur belə şeylər. Sonra sponsor bu məsələni də həll edib. Bizim vaxtımızda “Neftçi” kollektiv tərəfindən idarə olunub və hər şey də tam şəffaf olub. Bir daha deyirəm, Çingiz müəllimin belə danışdığına inanmıram. Yəqin ki, onun sözləri səhv başa düşülüb və ya o, fikrini yaxşı ifadə edə bilməyib. Çingiz Abdullayev komandaya gələndə hazırda “Neftçi”nin icraçı direktoru olan Elnur Məmmədov artıq 5 ay idi komandada işləyirdi. O da hər şeyin necə olduğun çox gözəl bilir. Sadəcə olaraq sponsor komandanın iki aylıq pulunu gecikdirmişdi ki, borc da bundan yaranmışdı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail