Xorvat azarkeşlər Bakıda FOTO

03.09.2015 | 3523 dəfə oxunub

Bir qrup xorvatiyalı azarkeş Azərbaycana gəlib. 


Stadium.az "Report"a istinadən xəbər verir ki, onlar Xorvatiya Futbol İttifaqının xəbərdarlığına rəğmən bu addımı atıblar.

Qeyd edək ki, bu gün saat 21:00-da "Bakcell Arena"da AVRO-2016-nın seçmə qrup mərhələsində Azərbaycan və Xorvatiya yığma komandaları qarşılaşacaq.

Bundan əvvəl Xorvatiya Futbol İttifaqı (HNS) Azərbaycan və Norveç yığmaları ilə oyunöncəsi azarkeşlərə xəbərdarlıq edərək, onlardan tribunalarda hər hansı yolverilməz hərəkət etməmələrini istəyib: "Bakıdakı görüşdə təhlükəsizliyi polislər yox, hərbçilər qoruyacaqlar. Onlar isə tribunadakı qığılcıma belə dözümsüzdürlər. Norveçdə isə çaxnaşmaların qarşısını almaq üçün xüsusi avadanlıqlar var. Biz hər bir fanatımıza ölkəmizi ən layiqli səviyyədə təmsil etməli olduqlarını xatırlatmaqda borc bilirik".

Xatırladaq ki, Xorvatiya millisinin iyunun 12-də İtaliya ilə seçmə oyunu zamanı meydançada faşizmin simvolu olan svastika işarəsi çəkilib. Bu səbəbdən UEFA HNS-i 100 min avro cərimələyib, yığmanın qarşıdakı 2 ev oyununu azarkeşsiz keçirməsinə və 1 xalının silinməsinə qərar verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail