AFFA-nın baş katibi Cavidin həbsinə münasibət bildirdi

01.09.2015 | 6095 dəfə oxunub

AFFA-nın baş katibi Elxan Məmmədov "Qəbələ" futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun həbsinə münasibət bildirib.

Stadium.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, E.Məmmədov deyib ki, bu hadisə təəssüfedicidir:

 "Biz öncədən hadisəyə münasibətimizi bildirmişik. Cavid Hüseynov yaxşı futbolçudur. Son zamanlar da yaxşı formada idi. Yəni, həm təmsil olunduğu klubda, həm də milli komandada özünü yaxşı göstərirdi. Ona daim əsas heyətdə yer verilirdi, güvənilirdi. Çox təəssüf ki, belə hadisə baş verdi. Ümidvarıq ki, o, gələcəkdə də karyerasını davam etdirəcək və azarkeşləri sevindirəcək. Əsas odur ki, ədalətli qərar olsun".

E.Məmmədov bildirib ki, AFFA C.Hüseynovla bağlı müvafiq qurumlara rəsmi müraciət etməyib: "İstintaqın gedişini gözləyirik. Nəticə bəlli olduqdan sonra onun əsasında müraciət edəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail