Rəşad Sadiqov: "Kiprli fanatların hərəkətləri cavabsız qalmamalıdır" - MÜSAHİBƏ
"Qəbələ"nun yarımmüdafiəçisi Rəşad Sadiqov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kipr "Apollon"una qarşı keçirəcəkləri cavab matçı öncəsi (ilk oyun 1:1) müsahibə verib:
- "Apollon"la ilk matçın sizin istədiyiniz kimi başa çatdığını demək olar?
- Çətin oyun alındı. Həm vurulan qola qədər, həm də ondan sonra yaxşı oynadıq. Sadəcə, yaratdığımız qol vəziyyətlərindən yararlanmaqla bağlı problemlərimiz var. Belə olmasaydı, qələbə də qazana bilərdik. Hər halda 1:1 də səfər oyunu üçün sərfəli nəticə hesab oluna bilər. Fikrimcə, Bakıya yaxşı nəticə ilə qayıtmışıq.
- Kiprlilər ukraynalı baş hakimin təyin etdiyi penaltidən kəskin narazı qalıblar...
- Həmin epizodda yüz faizlik penalti var idi. Rəqib bizim futbolçumuzu əllə tutub saxlamışdı. Bu, qayda pozuntusudur, hakim də haqlı olaraq penalti təyin etdi. Kimlər ki hakimin bizə kömək etdiyini deyirlər, onlar yəqin bu oyuna baxmayıblar. Sergey Zenyov rəqib qapıçı ilə üz-üzə qalarkən heç bir ofsayd yox idi. Amma yan xətt hakimi bayrağını qaldırmaqla bizi qoldan məhrum etdi.
- Cavid Hüseynovun penalti qolundan sonrakı məlum jesti çox söz-söhbətə səbəb oldu...
- Cavid penaltiləri yaxşı yerinə yetirir. Ona görə mən Hüseynovun həmin epizodda fərqlənəcəyinə inanırdım. Jestə gəlincə, mən bayrağımızın təhqir olunmasını bir kənara qoyub, ancaq Cavidin hərəkətini müzakirə edənləri başa düşə bilmirəm.
- Penaltidən sonra vəziyyət daha da gərginləşdi. Oyunçular tunelə gedərkən orada nə baş verdi?
- Dəhlizdə klubun təhlükəsizlik xidmətinin əməkdaşları, "Apollon"un futbolçuları və digər işçiləri bizimlə dava salmağa çalışdılar, biz də onlara layiqli cavab verdik.
- "Qəbələ" cavab oyununda "Apollon"u keçmək üçün nə etməlidir?
- Çox çətin oyun olacaq. 1:1 hesabı növbəti mərhələyə çıxmağımızı təmin etmir. Amma hər ötən oyun bizə əlavə güc və inam qazandırır. Komandamız "Apollon"a qalib gələcək gücdədir. Əvvəlki mərhələlərdə səfərdə güclü oyun nümayiş etdirə bilməmişdik. Amma "Apollon"la səfər qarşılaşmasında özümüzü göstərə bildik. Cütün qalibi olmaq üçün təkcə evdə qələbə qazanmaq lazım deyil. Hər iki oyunda üstün olduğumuzu sübut etməliyik.
- "Apollon" böyük ehtimalla Bakıdakı oyunda ilk dəqiqələrdən hücuma atılacaq və qol vurmağa çalışacaq. Bəs siz necə oynamağı düşünürsünüz?
- Biz öz oyunumuzu sərgiləyəcəyik. Müdafiədə oturmaq fikrimiz yoxdur. Baş məşqçi bizə müdafiədə oturmamağı tapşırıb.
- Roman Qriqorçuk mətbuat konfranslarında tez-tez 5:0 hesablı qələbədən dəm vurur...
- İstənilən baş məşqçi komandasının belə böyük hesabla qələbə qazanmasını istəyər. Amma indi bizə 5:0 hesabıyla qalib gəlməkdən daha çox, mərhələ adlamaq vacibdir.
- Bakıdakı oyunda kiprlilərin bayrağımızı təhqir etməsinə cavab olaraq Türkiyənin, Türkiyə Kiprinin bayraqlarının açılması gözlənilir...
- Mən də belə hesab edirəm ki, kiprli fanatların hərəkətləri cavabsız qalmamalıdır. Sən hər dəfə kiməsə güzəştə gedəndə, elə düşünürlər ki, qorxursan. Amma kiprlilərə ən yaxşı cavabı biz özümüz meydanda vermək istəyirik. Kiprdə onlara meydandan kənarda yaxşı cavab verdik. Millət olaraq heç kimdən qorxmamalıyıq. Həmişə də hamıya layiqli cavab verməliyik. Biz meydanda, azarkeşlərimiz isə tribunada onların cavabını verəcəyik. Azarkeşlərin dəstəyinə ehtiyacımız var. Qoy gəlsinlər, komandamızı dəstəkləsinlər. (azerisport)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |