"Qəbələ" "Apollon"la oyunun hazırlıqlarına başladı

03.08.2015 | 3062 dəfə oxunub

“Qəbələ” UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon” (Kipr) ilə cavab oyununun hazırlıqlarına start verib.

Stadium.az klubun saytına istinadən xəbər verir ki, iyulun 30-da Kiprin Larnaka şəhərində keçirilən ilk oyunun (1:1) ardından bir gün istirahətə buraxılan “qırmızı-qaralar” paytaxtda bir araya gəlib.

Dünən baş tutan axşam hazırlığında Kiprdəki matçda iştirak edən futbolçular bərpaedici məşqlə kifayətləniblər. Digər oyunçular isinmə hərəkətləri ilə başladığı hazırlığı toplu çalışmalarla davam etdirib. Komandanın məşqinə zədə səbəbindən ilk oyunu buraxan Georgi Floresku istisna olmaqla, bütün futbolçular qatılıblar. “Qəbələ” avqustun 6-da Bakıdakı “Bakcell Arena”da keçiriləcək qarşılaşmanın hazırlığını paytaxtda davam etdirəcək.
Komanda bu gün axşam məşqini İsmət Qayıbov adına Bakıxnov qəsəbə stadionunda gerçəkləşdirəcək.

“Qəbələ” - “Apollon” oyunu avqustun 6-da Bakıdakı “Bakcell Arena” stadionunda keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail