"Neftçi" KİV üçün sərt bəyanat yaydı

30.07.2015 | 6433 dəfə oxunub

Bəzi mətbuat orqanlarında "Neftçi" klubunda kütləvi zəhərlənmə hadisəsinin olması barədə xəbərlər yayılmışdı. Stadium.az xəbər verir ki, bununla bağlı klub bəyanat yayıb. Bu bəyanatı təqdim edirik:

Hörmətli futbol ictimaiyyəti, əziz azarkeşlər və media nümayəndələri. “Neftçi”də kütləvi zəhərlənmə xəbəri bizi sevən hər kəsi narahat etməyə bilməzdi. Heç bir mənbəyi olmayan, qarşı tərəfin münasibəti öyrənilmədən yayılmış bu xəbərin nəyə və hansı maraqlara xidmət etdiyini bilmirik. Lakin onu deməyə məcburuq ki, peşəkarlığa yaraşmayan tərzdə yayılmış xəbər bir çoxlarının narahatlığına səbəb olub. Qəti şəkildə bəyan edirik ki, son dövrlərdə “Neftçi” PFK-da nəinki kütləvi şəkildə, ümumiyyətlə zəhərlənmə halı qeydə alınmayıb. Təəssüflər olsun ki, bəzi mətbu orqanlar maraqlı olan insanlara bilərəkdən və ya bilməyərəkdən xidmət edərək heç bir sübutu olmayan, uydurma faktları dərc ediblər. Bu isə “Neftçi” PFK-nı sevən hər kəsin təşvişinə səbəb olub. Maraqlıdır, bu xəbər yoldaşlıq oyunu  olmasına baxmayaraq, komandamızın yeni heyətlə ilk qələbəsini qazandıqdan dərhal sonra mətbuata ötürülüb. Cəfəngiyyat dolu məlumatlara inanmayan, əsl peşəkarlıq göstərərək yalan xəbərə yer ayırmayan bütün media orqanlarına təşəkkürümüzü bildiririk.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail