Əhməd Ələsgərovun anım tədbiri keçirildi

29.05.2015 | 3356 dəfə oxunub

Bu gün AFFA-nın inzibati binasında əməkdar məçqçi Əhməd Ələsgərovun anım tədbiri keçirilib. Stadium.Az xəbər verir ki, tədbirdə ölkə futbol ictimaiyyətinin nümayəndələri, futbol veteranları və mətbuat təmsilçiləri iştirak edib.

Əvvəlcə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev çıxış edərək Rüstəm Rəhimovla birgə AFFA tərəfindən Ukraynaya ezam olunmaları və Əhməd Ələsgərovun dəfn mərasimində iştirak etmələri barədə danışıb, mərhumun ailəsinin göstərilən diqqətə görə Azərbaycan futbol ictimaiyyətinə təşəkkür etdiyini deyib.

Futbol veteranları Çingiz İsmayılov, Fuad Tağızadə, Bəşir Əliyev, Rüstəm Rəhimov, İskəndər Cavadov, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev, Nağı Babayev və Vaqif Sadıqov çıxış edərək Əhməd Ələsgərovla bağlı xatirələrini bölüşüb, Azərbaycan futbolunun inkişafındakı əvəzsiz xidmətlərini qeyd edib, onun parlaq xatirəsinin futbolsevərlərin qəlbində daim yaşayacağını deyiblər.

Tədbir iştirakçıları Əhməd Ələsgərovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail