Çempionluq ziyafəti

29.05.2015 | 3161 dəfə oxunub

Bu gün “Rəvan”ın U-19 komandasının üzvlərinin şərəfinə ziyafət təşkil edilib. Stadium.Az xəbər verir ki, AFFA-nın keçirdiyi U-19 Liqasının 2014/2015-ci il mövsümünün qalibi olan “aslanlar”ın çempionluğu yüksək səviyyədə qeyd olunub.

Mərasimdə “Rəvan”ın sponsoru “Nurgün” Şirkətlər Qrupunun rəhbər şəxsləri, klub rəsmiləri, məşqçi, texniki və inzibati heyət üzvləri iştirak ediblər.

“Rəvan”ın vitse-prezidenti İlqar Axundov gənc məşqçi Fizuli Məmmədovun rəhbərlik etdiyi kollektivi təbrik edib, əldə olunan çempionluğun klub və Azərbaycan üçün önəmli olduğunu söyləyib. “Sarı-qırmızılılar”ın U-19 Liqasının qalibi olmaqla, UEFA Gənclər Liqasına vəsiqə qazandığına diqqət çəkən İ.Axundov, bunun məsuliyyətini dərk etdiklərini, futbolçuların daha da yaxşı çalışmalı olduqlarını deyib və gənclərə gələcək karyeralarında uğurlar arzulayıb.

“Nurgün” Şirkətlər Qrupunu adından komanda üzvlərini təbrik edən şirkətin vitse-prezidenti Oqtay Rüstəmov isə “Rəvan”ın əldə etdiyi çempionluğun klub üçün böyük önəm daşıdığını, lakin zirvədəki yeri qorumağın ora yüksəlməkdən çətin olduğunu söyləyib.

Mərasimin sonunda O.Rüstəmov komanda üzvlərini “Nurgün” Şirkətlər Qrupunun xüsusi mükafat və hədiyyələri ilə təltif edib. Daha sonra isə xatirə şəkili çəkdirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail