Nikolov Avroliqa ilə bağlı məsələyə son nöqtəni qoydu

28.05.2015 | 3641 dəfə oxunub

Bakı "İnter"inin prezidenti Georgi Nikolov Avropa Liqasında iştirak etməyəcəkləri və bu komandanı AZAL-ın əvəz edəcəyi haqda xəbərlərə münasibət bildirib

Stadium.Az xəbər verir ki, o, "Futbol+" qəzetinə müsahibəsində bildirib ki, komanda bu yay Avroliqada oynayacaq:

"Sizi əmin edirəm ki, "İnter" bu yay Avroliqada iştirak edəcək. Ola bilsin, çıxışımız o qədər də uğurlu alınmaz. Ancaq geri çəkilməyəcəyik".

G.Nikolov deyib ki, klubu tərk edən futbolçuların əvəzinə yeni oyunçularla anlaşacaqlar:

"Özünüz də bilirsiniz ki, bizə inanmayıb klubu tərk edən futbolçular çox oldu. İndi məcburuq ki, onlarına əvəzinə yeni oyunçularla anlaşaq. Heyətdə əsaslı dəyişikliklər olanda bu, istər-istəməz komanda oyununa təsir göstərir. Əvəzedici heyətdəb ən yaxşıları əsas kmandaya dəvət ededəcəyik, təcrübəli legionerlərlə anlaşacağıq. Bir sözlə, təcrübəlilərlə gənclərin vəhdətindən formalaşmış, rəqabətədavamlı heyət qurmaq niyətindəyik".

"İnter" bu mövsüm Azərbaycan Premyer Liqasının ikinci pillədə başa vuraraq Avroliqaya vəsiqə qazanıb. Son vaxtlar maliyyə problemi ilə üzləşən paytaxt təmsilçisinin qitənin ikinci nüfuzlu turnirində iştirak etməyəcəyi iddia olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail