Prezident "Bakı-2015"in baş ofisində

29.05.2015 | 3759 dəfə oxunub

Prezident İlham Əliyev Bakı 2015-in baş ofisində olub. Stadium.Az xəbər verir ki, dövlət başçısı və xanımı Mehriban Əliyeva komitədə görülən işlərlə yaxından tanış oldular.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş ofisinə səfərində onu xanımı, Bakı 2015 İlk Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və gənclər və idman naziri Azad Rəhimov müşayiət etdilər.

Qonaqları BAOƏK-in baş əməliyyat direktoru Saymon Kleqq və onun müavini Mayk Loynd qarşıladılar. Onlar dövlət başçısına komitənin fəaliyyəti haqqında ətraflı məlumat verdilər.

Daha sonra Prezident İlham Əliyev Oyunlar Əməliyyatlarına Dəstək Mərkəzində işlərin gedişi və baş ofisdə işçilər üçün yaradılan şəraitlə yaxından tanış oldu.

Prezident İlham Əliyev BAOƏK-in əməkdaşları qarşısında çıxış edərək onlara işlərində uğurlar arzuladı. Dövlət başçısı birinci Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyindən əmin olduğunu bildirdi.

Sonda dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva əməliyyat komitəsinin kollektivi ilə xatirə şəkli çəkdirdilər.

Yeniyetmə və gənclər arasında kikboksinq üzrə Azərbaycan çempionatı "Neftçi İdman Klubu" nun idmançılarının zəfəri ilə başa çatıb. Yarışda 6 qızıl, 4 gümüş, 7 bürünc medal qazanan "Neftçi"nin kikboksçuları əsas kuboka sahib olublar. Kuboku "Neftçi"nin üzvlərinə Azərbaycan Kikboksinq Federasiyasının vitse- prezidenti Güloğlan Cabbarov təqdim edib. Gencler arasinda 21- ci Azerbaycan Kubokunun qalibi olan komandamızın hər bir üzvü ve "Neftçi İdman Klubu"nun kikboksinq üzrə baş məşqçisi Ehram Məcidov federasiya tərəfindən mükafatlandırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail