Karlos Kardoso: "Qarşılaşmaya tam köklənə bilməmişdik"

18.04.2015 | 3938 dəfə oxunub

Premyer Liqasının 30-cu turunda öz meydanında “Qəbələ”yə 1:3 hesabı ilə uduzan “Neftçi”nin  müdafiəçisi Karlos Kardoso jurnalistlərə müsahibə verib. Stadium.az braziliyalıların oyunsonrası müsahibəsin təqdim edir: 

- Turnir cədvəlində ən yaxın izləyicinizə uduzdunuz. Bunu nə ilə izah edə bilərsiniz?

- Rəqibin bu cür oynayacağını gözləmirdik. Bizim üçün sürpriz oldu. Qarşılaşmaya tam köklənə bilməmişdik. Çalışırdıq ki, motivasiyamız olsun, amma nəsə çatmırdı.  

- Rəqibin son 6 oyunda xal itirmədiyini nəzərə almamışdınız?

- Bu dərəcədə olacağını gözləmirdik. Azərbaycanda olduğum müddətdə onların ən yaxşı oyununu gördüm.

- Birinci qolda qapıçınız kobud səhvə yol verdi. Baş məşqçinin qapıda dəyişiklik etməsi nə dərəcədə düzgün idi?

- Komandamızda iki güclü qapıçı var. Hər şeyi qolkiperin üzərinə atmaq olmaz. Sadəcə, oyuna yaxşı köklənə bilmədik.

- “Neftçi” bürünc medalı qazanmaq haqda düşünür, yoxsa başqa məqsədi də var?

- Bizim ikinci yeri tutmaq üçün də şansımız var. Çempion olmağımız inandırıcı deyil, ancaq mübarizə davam edir. “Qarabağ”ın oyunçularından da soruşsanız, deyəcəklər ki, hələ çempionluq mübarizəsi bitməyib.

- İkinci qoldan sonra meydanda niyə gərginlik yarandı?

- Hakim oyunu yaxşı idarə etdi. Məğlubiyyətə görə onu günahlandırmaq istəmirəm. Amma rəqib ikinci qolu vuran zaman kobud oynamışdı. Gərginlik də bundan yarandı.

- “Simurq”la görüşdə rəqib futbolçunu vurduğunuz üçün qırmızı vərəqə ilə cəzalandırılsanız da, İntizam komitəsi sizə 1 oyunluq cəza verdi. Bu isə digər klubların narazılığına səbəb olub. Bundan məlumatınız varmı?

- Oyunu izləyənlər də bilirlər ki, mən bunu qəsdən etməmişdim. Həmin vaxt kimisə vurmamışdım. Buna görə də İntizam Komitəsi düzgün qərar verib. Çünki hansısa aqressiv hərəkətdən söhbət gedə bilməz.

- Mendi fərqləndiyi epizod zamanı siz rəqibinizi niyə dayandırmadınız?

- Ona qarşı kobud oynasaydım, qırmızı vərəqə alacaqdım. Həmin vaxt İntizam Komitəsinin ehtiyatda saxladığı 2 oyunluq cəzası da şamil ediləcəkdi. Bu da komandamı çətin vəziyyətə salacaqdı. Gərək 6 ay qırmızı vərəqə almayım.

- Əgər belə bir təhlükə olmasaydı, hansı addım atacaqsınız?

- Təbii ki, Mendini yıxacaqdım. Onu qol vurmağa qoymayacaqdım ki? Sadəcə, İntizam Komitəsinin qərarına görə rəqibi yıxmadım.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail