Çingiz Abdullayev: "Onunla çox vaxt birgə oluruq"
"İstəyirdik ki, komanda qalib gəlsin. Lakin bəzi səhvlər buna imkan vermədi. Paltardəyişmə otağında uşaqlara dedim ki, ruhdan düşməsinlər. Başa düşürəm ki, onlar uduzmaq istəmirdilər. Çox təəsüf ki, oyunumuz alınmadı.
Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Azərbaycan Premyer Liqasının 30-cu turunda "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərə deyib.
O, konkret hansı səbəbdən uduzduqlarını demək istəməyib:
"Bunu baş məşqçi deməlidir. Oyunu Nazim Süleymanov, İsgəndər Cavadov, Vəli Qasımov, Dmitri Kramarenko izlədi. Onlar səhvlərimiz barədə fikirlərini bildirdilər. İnanıram ki, səhvlərimizi düzəldəcəyik" - deyə o bildirib.
"Neftçi"nin Müşahidə Şurasının sədri Azərbaycan kubokuna finala çıxacaqlarını inandıqlarını söyləyib.
Ç. Abdullayev "Neftçi"nin keçmiş prezidenti, hazırda Müşahidə Şurasının üzvü Sadıq Sadıqovla münasibətlərinin soyuq olmadığını bildirib:
"Onunla çox vaxt birgə oluruq. Ancaq bu dəfə Sadıq Sadıqovun səhhətində problem olduğu üçün oyuna gəlmədi. Mən bildiyim qədər küskünlük, inciklik yoxdur. Bunu Sadıq Sadıqovdan soruşmaq lazımdır. O, təcrübəli şəxsdir. Özü mənə bildirib ki, "Neftçi"nin uğurları üçün çalışacaq".
Ç.Abdullayev azarkeşlərin klubun loqosunun dəyişmək istəyinə etiraz etməsini normal qarşılayıb:
"Biz "Neftçi"nin loqosunun dəyişdirilməsi ilə bağlı qərar qəbul etməmişik. Sadəcə bu məsələni müzakirəyə çıxarmışıq. Artıq 2015-ci ildir. İstəyirik ki, klubun loqosu Avropa standartlarına uyğun olsun. Ancaq heç kəs bunu istəməsə, loqonu dəyişdirməyəcəyik. Bu məsələ ilə bağlı azarkeşlərin həm müsbət, həm də mənfi fikirləri ola bilər. Onlarla da məsləhətləşəcəyik".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |