Viktor Mendi: "İndi daha yaxşı oynayırıq"

18.04.2015 | 3593 dəfə oxunub

Ötən gün Azərbaycan Premyer Liqasının 30-cu turunda səfərdə  “Neftçi”ni 3:1 hesaıyla məğlub edən “Qəbələ”nin hücumçusu Viktor Mendinin müsahibəsin təqdim edirik:

- Komandanız gözləniləndən daha yaxşı çıxış edərək, gərgin qarşılaşmadan 3 xalla ayrıldı. Oyuna xüsusi motivasiya olmuşdunuz?

- Xoş sözlərə görə təşəkkür edirik. Bu cür yaxşı oynayacağımızın gözlənilməz olması fikri ilə razı deyiləm. Biz ardıcıl qələbələr qazandıq və deməli, bunun davamı gəlir. Bu dəfə də həmin qələbənin davamını gətirdik. Əksinə, digər görüşlərdə müqayisədə bu dəfə zəif oynadıq. Çünki müdafiəyə daha çox diqqət yetirdik, əks-hücumlara bel bağladıq. Sürətli hücumlar zamanı yaxaladığımız epizodları da düzgün dəyərləndirdik.

- Üçüncü pillədə yer alan “Neftçi” ilə xal fərqini 3-ə endirdiniz. Artıq bürünc medallara iddialısınızmı?

- Fikrimizi buna yönəltmək istəməzdik. Əsas odu qələbə seriyasının davamını gətirək, oyunumuzu daha da yaxşılaşdıraq. Əgər bunu etsək, bürünc medal özü gələcək.

- Meydanda gərginlik var idi. Bu, nəyin nəticəsi idi?

- Bu qarşılaşmanı derbi də adlandırmaq olar. Meydanda iki güclü komanda qarşılaşırdı. Biz ölkənin ən yaxşılarından birinə qarşı oynayırdıq. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Buna görə də güzəşt yox idi.

- Ardıcıl yeddinci qələbənizi qazandınız. Baş məşqçi nəyi dəyişdi ki, ardıcıl qələbələri sıralayırsınız?

- İndi daha yaxşı oynayırıq, meydanda bir-birimizi asan başa düşürük. Mövsümün əvvəlində isə belə deyildi. Komandanın özünə gəlməsi üçün zamana ehtiyac var idi. Vaxt keçdikcə, daha yaxşı oyun nümayiş etdirəcəyik.

- Avropa Liqasına vəsiqə qazanacağınız şübhə doğurmur. Ötən yaydakı biabırçılıq yenə təkrarlanacaq, yoxsa uğurlu başlanğıcla yadda qalacaqsınız?

- Yayda bizə yeni futbolçular gəlmişdi. Yenilərlə birgə çıxış etmək, bir-birini anlamaq çətin idi. Bu da nəticədə öz əksini tapdı. Bu dəfə fərqlidi. Fikrimizi hələlik çempionata yönəltmişik. İndidən Avropa Liqasında necə oynayacağımız haqda düşünsək, çətin olar.  

- Qol sevincini özünəməxsus şəkildə qeyd etdiniz. Bunun anlamı nədi?

- Tibbi personala aramızda olan bir sirdi. Bunun mənasını onlar bilir. Ona görə də xüsusi olan bir şeyi açıqlamaq istəmirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail