"Mənə elə gəlir ki, özüm çıxıb oynamasam, qalib gəlməyəcəyik"

17.04.2015 | 4648 dəfə oxunub

Premyer Liqanın XXX turu çərçivəsində keçirilən AZAL - “Sumqayıt” oyunu 1-1 hesabı ilə başa çatıb. Stadium.Az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Aqil Məmmədov heç-heçəni şərh edib: 

"Birinci hissədə 3,4 qol epizodu yaratdıq. Amma istifadə edə bilmədik. AZAL-da isə epizod olmadı. Futbolda isə belə bir qanun var - qol vurmasan, qol buraxacaqsan. Mənə elə gəlir ki, özüm çıxıb oynamasam, qalib gəlməyəcəyik. Bu gün uduza da bilərdik. Başqa nə deyim? “Sumqayıt” komandasına gələn oyunlarda uğurlar arzu edirəm. Sumqayıt şəhərində bəlkə də məndən çox komandanın qələbəsini istəyən yoxdur. Şəxsən mən istəyərdim ki, bu gün bir nəfər gəlsin bizi bu vəziyyətdən çıxarsın. Mənim indi belə bir halım yoxdur. “Sumqayıt” mənim üçün təkcə futbol komandası deyil. Sumqayıtda böyümüşəm, futbola başlamışam. Komandanın qələbə qazanmasını istəyirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail