Fransada 10 medal və birinci yer

24.03.2015 | 3682 dəfə oxunub

Ötən həftəsonu Fransada bədii gimnastika üzrə hər il keçirilən ənənəvi “Qran-Pri” yarışı və beynəlxalq turnir yekunlaşıb. Stadium.Az xəbər verir ki, Azərbaycan gimnastı Marina Durunda Tiye şəhərində “Qran-Pri”-də çıxış edərək 3 medal qazanıb: onun hesabına gürzlərlə hərəkətə görə qızıl, lentlə hərəkətlərə görə gümüş və halqa ilə çıxışına görə bürünc medalı yazılıb.

Ümumi hesaba daha bir bürünc medalı isə böyüklərdən ibarət qrup komandasının ikinci heyəti “6 gürz – 2 halqa ilə” kompozisiya ilə çıxışlarının nəticələrinə əsasən yazdırıblar.

Fransanın digər şəhəri Kaledə gimnastımız Jalə Piriyeva yeniyetmələr arasında çoxnövçülükdə, iplə və gürzlərlə üç gümüş medal, həmçinin halqa ilə qızıl medal əldə edib. Digər gimnastımız topla çıxışına görə gümüş medal qazanıb. Gimnastlarımız komanda hesabında da birinci yeri tutublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail