Kubokda 1/4 final həyəcanı: Kim daha şanslıdı?

03.03.2015 | 3823 dəfə oxunub

Sabah ölkə kubokunda 1/4 final mərhələsinə start veriləcək. Stadium.Az xəbər verir ki, iki oyunluq sistem üzrə keçiriləcək matçların hamısı eyni gündə baş tutacaq.

Eyni saatda baş tutacaq 3 oyunda favoritlər meydana çıxacaq. "Neftçi" "Bakcell Arena"da AZAL-ı sınağa çəkəcək. Bir neçə gün öncə çempionat çərçivəsində rəqibini səfərdə minimal hesabla məğlub edən "ağ-qaralar" yenə qələbə qazanmağa çalışacaq. "Təyyarəçilər" isə çətin səfərdən sərfəli nəticə ilə qayıtmaq arzusundadı.

"İnter Arena"dakı "İnter" - "Xəzər Lənkəran" oyunu da maraqla gözlənilir. Turun favoriti "bankirlər" hesab olunsalar da, cənublular var-gücünü ortaya qoyacaqlar. Mövsümün ikinci yarısından strategiyasını dəyişən "ağ-yaşıllar"əm Avropaya yolu kubokdan keçir. Bu baxımdan Elbrus Məmmədovun komandasının asan təslim olacağını gözləmək olmaz.

Lider "Qarabağ" isə "Bakı" ilə münasibətlərinə aydınlıq gətirəcək. "Zolaqlılar"ın hazırkı durumunu nəzərə alsaq, Ağdam klubunun növbəti mərhələyə asan adlayacağını söyləmək olar. Ancaq "Bakı" da sona qədər vuruşacaq.

Günün son oyunu Qəbələdə olacaq. Şəhərin eyniadlı komandası "Simurq"u qəbul edəcək. Hər iki komanda kuboku qazanmağa iddialıdı. Bu baxımdan azarkeşləri maraqlı oyun gözləyir desək, yanılmarıq.


Azərbaycan kuboku

1/4 final, ilk oyunlar

4 mart (çərşənbə)

17:00. “Neftçi” – AZAL
“Bakcell Arena” 

17:00. “İnter” – “Xəzər Lənkəran”
“İnter Arena”

17:00. “Qarabağ” – “Bakı”
Tofiq Bəhramov adına Respublika stadionu

19:00. “Qəbələ” – “Simurq”
Qəbələ şəhər stadionu



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail