Bəxtiyar Abbasov Kuşa qarşı

03.03.2015 | 3537 dəfə oxunub

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov növbəti döyüşünə çıxacaq. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, o, martın 5-də Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq “Polad döyüşçülər” (“Stalnıe voinı”) adlı döyüş gecəsində iştirak edəcək. B.Abbasov ukraynalı Pavel Kuşla üz-üzə gələcək.

B.Abbasovun rəqibi indiyədək keçirdiyi 20 peşəkar döyüşdə 16 qələbə qazanıb, 4 dəfə məğlubiyyətə üzülüb. Kuş Ukraynanın “Combat-DOBRO” klubunun üzvüdür. 182 santimetr boya malik 27 yaşlı idmançı döyüşə - “Döyüşdə stil deyil, usta qalib gəlir” devizi ilə çıxır. Görüşlərini, əsasən, döyüş fəndləri ilə tamamlayan ukraynalı atlet boğucu fəndlərdən də məharətlə istifadə edir. Bəxtiyarın rəqibi kifayət qədər sanballı titulların sahibidir. Kuş beynəlxalq dərəcəli usta olduğu döyüş sambosu üzrə dünya və Ukrayna çempionu, peşəkar döyüş sambosu üzrə dünya kubokunun qalibi, qarışıq döyüş növləri (M-1) üzrə klublar arasında Ukrayna çempionatının (2009-cu il) qalibidir. 

Boyu 177 santimetr olan Abbasovun 12-si qələbə, 4-ü məğlubiyyət olmaqla, 16 döyüş var.

29 yaşlı  B.Abbasov 5 ildən artıqdır peşəkar MMA döyüşlərində çıxış edir. Ukraynalı rəqibindən fərqli olaraq o, “Ən yaxşılarla döyüş ki, yaxşıların yaxşısı olasan” devizini üstün tutur. İndiyədək 16 dəfə döyüşə çıxan Bəxtiyar görüşlərinin əksəriyyətini ilk raunddaca başa vurub. O, 2011-ci ilin dekabrında “ProFC - Grand Prix Global Finals” yarışında Laslo Solteş üzərində qələbə qazandıqdan sonra “ProFC” kəmərinə sahib çıxıb. Bəxtiyar daha sonra “ECSF - MMA Grand Prix of Eastern Europe 2” turnirində fransalı Youness Mikiss üzərində parlaq qələbə qazanıb. 2013-cü ildə isə Bəxtiyar “Cage Warriors Fighting Championship 58” turnirində MMA-nın ən təcrübəli döyüşçülərindən biri, braziliyalı Çarls Andradeyə qalib gəlib. Azərbaycanlı döyüşçü titulları ilə öyünə bilər: PROFC-GPG çempionu, pankra-tion üzrə dünya çempionu, sambo üzrə dünya çempionu, döyüş sambosu üzrə dünya və Avropa çempionu, ciu-citsu üzrə dünya çempionu, əlbəyaxa döyüş üzrə dünya çempionu, sambo üzrə dünya kubokunun qalibi, Azərbaycan çempionu, cüdo üzrə Azərbaycan çempionu, beynəlxalq dərəcəli idman ustasıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail