Sabiq "Bakı"lı: "Azərbaycanda özümü yad kimi hiss edirdim"

02.03.2015 | 3493 dəfə oxunub

"Sloveniyadan kənarda Azərbaycan və Küveytdə legioner həyatı yaşadım. Bu iki ölkəni müqayisə etsəm, özümü Azərbaycanda daha yaxşı hiss edirdim".

Stadium.Az xəbər verir ki, bu sözləri "Bakı"nın sabiq futbolçusu Xavyer Junior deyib. Ölkəmizə Sloveniyanın "Domjale" klubundan gələn 31 yaşlı yarımmüdafiəçi yenidən sabiq klubunun formasını geyir. Juninyo kimi tanınan braziliyalı 2011-14-cü illərdə formasını geydiyi "Bakı"dan ayrıldıqdan sonra Küveytə üz tutsa da, Asiya karyerası uğursuz alınıb. Cənubi amerikalı Sloveniya mətbuatına açıqlamasında bunu aldadılması ilə izah edib:

"Orada olduğum müddətdə bir çox insanlarla tanış ola bildim. Küveytdə isə problemlərim yarandı. Orda ortaq məxrəc tapmaq yolu yox idi. Mənə bir şey vəd etdilər, gedib başqasını gördüm. Bunu peşəkarlıq adlandırmaq olmaz. Bu ölkəyə getməyim mənim üçün yaxşı təcrübə olmadı. Azərbaycanda olduğum 3 il müddətində çox dəyişikliklər gördüm. İndi isə yenidən Sloveniyada olduğum üçün xoşbəxtəm. Azərbaycan və Küveytə yollananda orda özümü yad kimi hiss edirdim. Burda – "Domjale"də isə evimdəki kimiyəm".

Qeyd edək ki, Junior Vilson "Bakı"nın heyətində Azərbaycan kubokunun qalibi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail