"Qarabağ"ın 18 oyunluq seriyası qırıldı

02.03.2015 | 3726 dəfə oxunub

“Qarabağ”ın ev qarşılaşmalarındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Stadium.Az xəbər verir ki, 2014-cü il fevralın 1-də “Xəzər Lənkəran”a 0:1 hesabı ilə uduzandan sonra Ağdam təmsilçisi ardıcıl 18 ev matçında xal qazanmışdı. Uğurlu seriya Premyer Liqanın XXIV turunun “Qəbələ” ilə oyunundakı 0:1 hesablı məğlubiyyətlə qırılıb. Bu müddətdə 13 qələbə qazanıb, 5 heç-heçə edən Qurban Qurbanovun yetirmələri 392 gündən sonra öz meydanında xalsız qalıb. Bu da klub tarixində 3-cü göstəricinin təkrarıdır. 1992-93-cü illərdə 33, 1997-98-ci illərdə 23 ardıcıl ev oyununda uduzmayan ağdamlılar 2009-10-cu illərdə indiki kimi 18 matçlıq seriyaya imza artmışdı.

Qeyd edək ki, “Qarabağ”ın 6 oyunluq qələbə seriyası da qırılıb. 2014-cü il dekabrın 14-də səfərdə “Qəbələ”yə 1:2 hesabı ilə uduzan ağdamlılar 75 gün ərzində keçirdiyi 6 çempionat matçının hamısında qalib gəlmişdi. Son çempionun seriyasını qıran “Qəbələ” Premyer Liqada yubiley – 100-cü qələbəsini qazanıb. Əyalət təmsilçisi çempionatda 100 və daha çox qələbə qazanan 11-ci komanda olub. Qəbələnin eyniadlı klubunadək “Neftçi” (385), “Qarabağ” (343), “Turan” (250), “Kəpəz” (239), “Bakı” (216), “İnter” (214), “Xəzər Lənkəran” (155), “Şəmkir” (132), “Viləş” (119), AZAL (109) 100-ü arxada qoyub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail