Erməni üzərində qələbə və qızıl medal

02.03.2015 | 3446 dəfə oxunub

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə “Strandja” turnirinə yekun vurulub. Stadium.Az xəbər verir ki, Azərbaycan millisinin 2 üzvü – Elvin İsayevlə Lorenzo Sotomayor yarışın qalibi olub.

60 kq çəki dərəcəsində mübarizə aparan İsayev finalda Ermənistan idmançısı Samvel Barseqyanla üz-üzə gəlib və rəqibini rinqə çıxmağa peşman edib. 

Sotomayor da (64 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqda ciddi müqavimətlə üzləşməyib. Millimizin Kuba əsilli boksçusu final döyüşünün hər 3 raundunda özbəkistanlı Fazliddin Qaibnazarovdan üstün olub. 

Qadınların turnirində çıxış edən Yelena Vıstropova (64 kq) isə gümüş medalla kifayətlənib. Bu yarışda fərqli çəki dərəcəsində yarışan idmançımız həlledici görüşdə İsveç nümayəndəsi Aqnes Aleksiussona uduzub. 

Qeyd edək ki, “Strandja” turniri iyunda keçiriləcək Avropa oyunlarına hazırlıq xarakteri daşıyır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail