İbrahim Şehiç: “O, Azərbaycan çempionatınn səviyyəsin çox aşağı bilir” - MÜSAHİBƏ

30.01.2015 | 6271 dəfə oxunub

“Qarabağ” klubunun Bosniya və Hersoqovinadan olan qapıçısı İbrahim Şehiçin Stadium.Az saytınn Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi:

- İbo, hazırlıqların bu günə qədər olan zamanı necə keçib?

 - Bura (Antalyaya) biraz gec gəldik. Arxada qalan müddətdə də çox ağır oyunlar keçirdik. Əvvəlki formaya düşmək üçün xeyli zamana ehtiyacımız olacaq.

- 5 oyun oynadız, necə dəyərləndirirsən?

- Bu 5 oyunda açıq futbol oynanıldı. Belə oyunlarda fərqli nəticələr olur. Çünki nəticə düşünülmür. Komandalar necə oynamaq istədiklərinə baxırlar. Biz əsasən çempionata hazır olmalıyıq, bunu düşünürük.

- Bəz fasilədən sonra ilk tura hazır ola biləcəksiz?

- Hazır olacağımızı deyə bilərəm. Hətta, bəlkə də indi də azırıq. Bakıya getdikdən sonra bir həftə də orda vaxtımız olacaq. Məncə bu zaman bizə çox yaxşı təsir edəcək.

- Çempionatda “Qarabağ”ın əsas rəqibi hansı komandadır?

-  “Neftçi” və “İnter”. Azərbaycan çempionatında bütün komandaların yaxşı oyunçuları var. Amma ən çox “İnter”ə diqqət etməliyik.

- Əvvəllər “Bakı” və “Xəzər Lənkəran” da liderliyə oynayırdı. Artıq belə deyil. Səncə bu yaxşıdır, yoxsa pis?

- Bunun elə də bir önəmi yoxdur. Əsas məsələ odur ki, biz öz oyunumuza baxaq. Çünki bizi əsas olaraq öz komandamız düşündürür.

- Bəzi komanda yoldaşların “Qarabağ”ın çempion olmasının çətin olduğun deyib. Sən necə düşünürsən?

- Çempion olacağıq, yoxsa olmayacağıq, bunu dəqiq demək olmaz. Amma əminəm ki, hər oyuna istədiyimiz kimi konsentrasiya olsaq, yenə çempion olmamızda heç bir problem olmayacaq. Əsas olan diqqətli olmaqdır.

- Özünün gələcəyin haqda nə deyə bilərsən. Yaxşı təklif olsa getmək barədə düşünərsən?

- Mən “Qarabağ”da çox xoşbəxtəm və yaxşı, eləcə də güclü bir komandadayam. Getmək barədə heç düşünmürəm. 3 illik müqaviləm var hələ. Komandam çox iddialıdır. Həm ancaq çempionluğa oynayır, həm də Avropada uğur qazanmaq istəyir. Bunlar məni qane edir.

- Yaxşı milli komandaların üzvü Azərbaycana gəlmirlər ki, əsas komanaya dəvət almayacaqlar. Səndə elə millidən kənar qalmısan...

- Əsas problem odur ki, Azərbaycan çempionatının izləmirlər. Ancaq Avropada oynadığımız oyunlara baxırlar. Burda da ancaq boş tribunalar önündə oynayırıq. Sizin dediyiniz məsələyə bu məqamda öz təsirin göstərir. Televiziyada az oyunlar yayımlanır. Bosniya və Hersoqovina millisinin keçmiş baş məşqçisi Azərbaycan çempionatını aşağı səviyyədə görürmüş. Buna görədə heç oyunlarımıza baxmırmış. Amma öyrəndiyimə görə, yeni baş məşqçinin diqqətin cəlb etmişəm.

- Bakıda yaşayışından razısan?

- Komandada çoxlu dostlarım var. Tez-tez ailəm - bacım gəlir məni ziyarət edir. Elə bir sıxıntım yoxdur. Bakı çox super və modern şəhərdir. Az qala hər gün şəhərdə nələrsə dəyişir. Hər ay isə nəsə yeni bir şeylər açılır. Hər cür gələ bilirsən bura.

- Komandada kimlərlə dostsan?

- Vaxtımın çoxunu Muarem Muaremlə keçirirəm. Amma komandada kimisə kimdənsə ayırmıram. Elə bizim də əsas üstünlüyümüz budur ki, hər kəs bir-birinə çox yaxındır.

- Almeyda və Reynaldonun Azərbaycan millisinə dəvət olunması müzakirə olunur. Sizcə yaxşı olar bu?

- Əvvəlcə onu deyim ki, bu iki futbolçu “Qarabağ” üçün çox önəmli oyunçulardır. Amma bilmirəm azarkeşlər onları Azərbaycan millisində necə qarşılayar. Ancaq tam dəqiq deyə bilərəm ki, bu baş tutarsa, Azərbaycan millisinin səviyyəsi qalxar. Mütləq şəkildə xeyir verə bilərlər.


Əbəlfəz ƏLİ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail