"İbrahim Şehiç Saşa Stamenkoviçdən daha yaxşı qapıçıdır" - MÜSAHİBƏ

29.01.2015 | 5717 dəfə oxunub

"Qarabağ"ın makedoniyalı futbolçusu Muarem Muaremin müsahibəsi


- Öncə son oyun – "Legiya” ilə görüş barədə düşüncələrini bildirərdin...

- Çox yaxşı komanaya qarşı oynadğımızı düşünürəm.  Düzdü, polşalılar bizə qarşı tam olaraq əsas heyətlə oynamırdı, amma bu komanda çox güclüdür. Avropa Liqasında qarupu lider kimi başa vurdular və indi "Ayaks”la oynayacaqlar. Oyuna çox yaxşı hazırlaşmışdıq və baş məşqçimiz də lazım olan şeyləri bizə söyləmişdi. Qələbə qazandıq, amma bu, çox da önəmli deyil. Çünki yoxlama oyunudur. Əsas məsələ komandanın öz oyununu oynamasıdır. Çempionatın başlaması üçün bizim hələ 10 günümüz var. Düzdü, 5 xal qabaqdayıq, amma ilk turda oynamayacağıq. Artıq öz oyunumuzu oynamağa başlamışıq. "Levski” ilə matç başqa, "Legiya”ya qarşı isə tam başqa futbol oynadıq.


- Bəs ilk 3 oyunda yaxşı oynamamağınıza nə mane olurdu?

- Digər komandalarla müqayisədə biz daha çox istirahət etdik. Çox yorğun idik, hələ indi-indi hazırlıq səviyyəmiz düzəlir. Çox istirahət etdiyimizdən, hazırlığa gec başladıq və optimah formaya düşməyimiz də biraz zaman alacaq. Artıq öz oyunumuzu oynamağa başlayırıq.


- Baş məşqçi Qurban Qurbanov da bildirib ki, komanda öz oyunun ilk 3-4 turdan sonra oynayacaq...

- Bizimlə danışdığında da bunu bildirir. Təbii ki, səhvlərimiz olacaq və bunu da məşqlərdə daha yaxşı hazırlaşıb, aradan qaldırmağa çalışırıq. Biz "Bakı”yla başlayacağıq, daha sonra "Simurq” var. Məncə,  bizə qarşı çox ciddi hazırlaşıblar, lazımınca diqqətcil olmalıyıq.


- Ümumi hazırlıqdan razısan?

- Çox yaxşı, əsas odur zədəlimiz yoxdur. Biz özümüzü bilirik, çox yaxşı heyətimiz var, bir ailəyik. Hələ 10 günümüz var və psixoloji, taktiki planda yaxşı hazırlaşıb, qələbələri yenə sıralayacağıq.



- "Qarabağ”ın çox yaxşı komanda və kollektiv olması bəllidir. Sirriniz nədədir?

- Əsas olan odur ki, komandada hamı bir-birinə çox yaxındır. Şükür Allaha ki, məhz belədir. Kimin nə sözü olsa, digərinə söyləyə bilir. Mən 3 ildir burdayam, amma hələ bir nəfərlə sözüm çəp gəlməyib, kiminsə kimləsə dava və ya mübahisə etdiyin görməmişəm. Məncə bunlar çox önəmlidir. Məncə, əsas sirrimiz bir ailə ortamında olmağımızdır.


- Bir ailə dedin, Rəşad Sadıqov komandada həqiqətən bir liderdimi?

- Bizə çox yardım edir. Oyunda, məşqdə, məşqdən sonra, ümumiyyətlə, hər yerdə. Şükür Allaha ki, onun kimi bir futbolçumuz var.


- "Qarabağ”a gələndə əsas heyətdən çox uzaq qaldın...

- Mən "Orduspor”a keçəndə hələ çox cavan idim və çox çətinliklər çəkdim. Tək yaşaya bilmirdim. Yenidən qayıtdım Makedoniyaya və sonra da Azərbaycana. Çox asan olmadı, amma şükür ki, çətinlikləri arxada qoya bildim.


- Bunda sənə əsasən kim kömək oldu?

- Əslində elə özüm. Tək qaldıqca hər şeyi daha fərqli görürsən. Və çox şükür ki, komandamın çempionluqda, Avropa Liqasında uğurlu çıxış etməsində mənim də payım oldu.


- Bakıda ailənlə yaşayırsan, yoxsa tək?

- Tək qalıram.


- Nə yaxşı ailənidə gətirmirsən Bakıya?

- Ailəmin də vətəndə işləri var, qoyub gələ bilmirlər. Artıq burda da bir sıxıntım yoxdur.


- Evlisən?

- Yox.



- Daha de ki, ona görə rahatsan da burda...

- (gülür) Hə, ola bilər. Burda vaxtımız çox yaxşı keçir. Bazada oluruq, oyunlar, məşqlər, sonra şəhərə gedib bir yerdə otururuq, vaxtımız yaxşı keçir.


- Bəs evlənmək istəmirsən?

- İstəyirəm, baxacayıq da. Bilmirəm, dəqiq söz verə bilmərəm (yenə gülür). Düşünürəm bu barədə, həm də çox vacib bir işdir. Məncə, həyatımı tamamilə dyişdirəcək bir olaydır bu. Buna əminəm. Kimdən soruşmuşam, hamı eyni sözü deyib ki, evlən, əsil rahatlığı onda tapacaqsan.


- Özünü "Qarabağ”da necə görürsən?

- Əslində belə bir təklif olmuşdu. "Əskişəhərspor” məni israrla istəyirdi. Mən klub rəhbərliyi ilə danışdım. Dedim ki, elə bir çempionatda oynamaq istəyirəm, amma qarşı tərəfin təklifi sizi razı salarsa gedərəm. Boş yerə komandamdan ayrılmaram, əgər mənim gedişim "Qarabağ”a nələrsə qazandıracaqsa və rəhbərlik də bundan razı qalarsa gedə bilərdim.


- "Eskişeherspor” Türkiyə Super Liqasında oynasa da, çempion olmaları mümkünsüz kimi bir şeydir, hətta medal qazanması belə. Avroliqaya oynamaları belə çətin işdir. Amma "Qarabağ” çempionluğa oynayır, Avroliqada qrupa düşür. Belə iddialı klubu niyə iddiasıza dəyişmək istəyirsən ki?

- Həmişə arzum olub ki, daha çox izlənilən, daha çox baxılan çempionatda oynayım, azarkeşlər çox olsun.


- Amma səni əmin edirəm ki, "Qarabağ” "Eskişeherspor”dan çox izlənilir ...

- Orası elədir, bunu görürük. Azərbaycan klublar zəif deyil ki, indi Antalyada Türkiyə klublarıyla oynadılar. Hamısı üstün oldu ki, zəif yox. Amma "Qarabağ”a gəlməmişdən əvvəl də həmişə Türkiyə Super Liqasında oynamağı arzulamışam. Amma hər zaman qismət demişəm. Əsas odur ki, mən "Qarabağ”da xoşbəxtəm. Allah necə qismətimizi yazıbsa elə də olacaq.



- Daha Bakıda sıxılmırsan ki?

- Makedoniyayla bizim aramızda 3 saat fərq var. Əsas problem budur. Onlar orda yatmasalar, burda da mənim gözümə yuxu getmir. Orada saat 12 olanda, Bakıda gecə saat 3 olurdu. Məndə məcbur olurdum 
ailəm Makedoniyada yatandan sonra mən Bakıda yatım (gülür). Bu məqam çox çətin olur mənə. İnanın ki, buna hələ də alışa bilmirəm. Əsas üstünlük odur ki, Ansi Aqoli, Admir Teli, İbrahim Şehiçlə eyni ölkə kimi sayılırıq. Xasiyətimizdə tutur. Yaxşı yola gedirik.


- Bakıda hardadır evin?

- Xəta metrosu tərəfdə.


Niyə? Axı Bakıya gələn futbolçuların demək olar hamısı "Torqovı"nı seçirlər. Sən nə yaxşı o tərəfə getməmisən bəs?

- Nə bilim, mənim üçün indiki yerimdə yaxşıdır. İnanın heç bu barədə düşünməmişəm. Əslində mən İbrahim Şehiç və "Neftçi”nin qapıçısı Saşa Stamenkoviçlə qonşuyam. Bu da mənə sərf edir. Eyni binada yaşayırıq, yaxşıda zaman keçiririk.


- Belə də. Qonşularının ikisi də qapıçıdır. Biri komanda yoldaşın, digəri rəqibin. Səncə hansı yaxşı qapıçıdır?

- İkisidə dostumdur. Saşa da yaxşı qapıçıdır, amma məncə İbrahim daha yaxşıdır.


- Bax, tərəfkeşlik etdin, komanda yoldaşındır deyə İbonu seçdin. Düz etmədin amma...

- Yox, vallah yox. Mən olaylara yaxşı baxıram. Tərəfsiz insanam. Məslən, Azərbaycanda ən çox xoşuma gələn yerli futbolçu "Neftçi”dən Araz Abdullayevdir. Bizim komanda da çox yaxşı oyunçular var. Məsələn, Qara Qarayev. Azərbaycan ilin futbolçusu seçildi. Həqiqətən çox yaxşı futbolçudur və bunu alın təriylə qazandı. Makedoniyada idim, internetdən xəbər tutdum. İnanın ki, buna görə çox sevinmişdim.


- Makedoniya millisində görə biləcəyik səni daimi olaraq?

- Ən son olaraq Ukrayna və Luksenburq oyunlarında dəvət aldım. Məndə heç bir problem yoxdur. Biz Avropa Liqasında oynayırıq, qollar vururam, bütün oyunlarda ilk 11-də meydana çıxıram, yaxşıda çıxış edirəm və çempionatda da bu qaydada, amma dəvət gəlmir. Deməli, problem məndə deyil. Problemim olsa heç "Qarabağ”da oynamaram.


- Premyer Liqada "Qarabağ”ın əsas rəqibi hansı komandadır?

- "İnter”. Çox yaxşı baş məşqçiləri var və taktikaları ilə seçilirlər. Bizim kimi topu saxlaya, oyun qura bilirlər. Onlara qarşı oynayanda, həmişə çətinlik çəkirik. (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail