Şaban Şahpələngov: "İmam Əli deyib ki, heç kimi nə zəif gör, nə güclü"

07.01.2015 | 11745 dəfə oxunub

Boksçulardan ibarət millimiz cari mövsümün hazırlığına başlayıblar. Həmişə olduğu kimi, bu dəfə də hədəf böyükdür. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi rinq ustalarımızın da məsuliyyətini birə-beş artırıb. Yığma komandamızın üzvü Şaban Şahpələngov (60 kq) həmin iddialılar sırasındadır. Gənclərin dünya çempionu allsport.az saytına verdiyi müsahibədə qarşıdakı planlarını açıqlayıb və əsas hədəfinin nədən ibarət olduğuna aydınlıq gətirib.

– Yanvarın 8-də ölkə çempionatı başlayacaq. Bu yarışda qalib gəlmək istəyirəm. Qələbə məni nüfuzlu beynəlxalq arenalarda mübarizə aparmaq imkanı verəcək.

- Paytaxtımızda keçiriləcək Avropa Oyunlarının proqramına boks da daxildir. Nə düşünürsən, öz çəkində daxili rəqabətdə birinci ola biləcəksənmi?
– Bunun üçün çox səy göstərəcəyəm. Cari mövsümdə qarşıma çox ciddi məqsəd qoymuşam. Bunlara yetişmək üçün yalnız çempion olmalıyam!

- Milli komandada kimləri özünə əsas rəqib sayırsan?
– İmam Əli deyib ki, heç kimi nə zəif gör, nə güclü. Mənə görə kollektivdə hamısı ciddi rəqiblərdir.

- Yeniyetmələrin ilk Olmpiya Oyunlarında bayraqdar olmuşdun. Böyük etimad göstərildiyi halda, gözlənilmədən Sinqapurda çıxışın uğurlu alınmadı. Elə bil, dünya çempionu olandan sonra, sənə göz dəydi. Yəqin, Rio Olimpiadasına vəsiqə qazanmaqla bütün olanların əvəzini vermək istəyəcəksən.
– Qardaş, arzu və istək çoxdur. Hazırlaşacağam. İnşallah, Allah arzularımıza çatdırar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail