"Xəzər Lənkəran" rəsmisi: "İnanmıram ki, Oğuz Çətinin istefa ərizəsi qəbul olunsun"

23.12.2014 | 4250 dəfə oxunub

Xəbər verdiyimi kimi, “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin istefa verib. Stadium.az saytı bununla bağlı klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğluyla əlaqə saxlayıb. Klub rəsmisi olaya belə aydınlıq gətirib: “Bəli, Oğuz Çətin istefa verib. Ancaq onun istefasının klub rəhbərliyi tərəfindən qəbul olunub olunmayacağı hələ bəlli deyil. Bu məsələyə birbaşa klubun fəxri prezidenti Mübariz Mənsimov qərar verəcək. Şəxsən mən inanmıram ki, Oğuz Çətinin istefa ərizəsi qəbul olunsun. Təbii ki, Oğuz bəy istefa məsələsində sonacan təkid etməsə. Axı gedəni də məcbur saxlmaq olmaz. Komandanın hazırda 5-ci sırada olmasının günahı Oğuz Çətində deyil. Biz son aylarda demək olar ki, hücumçusuz oynamışıq və 9 qol vurmuşuq. Bir komandada bu qədər zədə bəxtsizliyi olmaz axı. Oğuz Çətin həmişə meydana ideal heyəti çıxardıb və komanda gücünə görə normal çıxış edib”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail