"Xəzər Lənkəran" rəhbərliyi futbolçularla görüşdü

22.12.2014 | 4011 dəfə oxunub

Dünən "Xəzər Lənkəran"ın bazasında klubun vitse-prezidenti Tuyqun Nadirov və idman direktoru Yunis Hüseynov əvəzedici komanda ilə görüş keçirib. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, vitse-prezident uğurlu nəticələrə görə məşqçi və futbolçu heyətinə təşəkkür edib. Komanda üzvlərinin rəhbərliyin etimadını doğrultduqları bildirilib. Əvəzedici heyətin futbolçularına əsas heyətdə daha çox şans verilməsinin vacibliyi vurğulanıb.

Yunis Hüseynov hazırda əvəzedici heyətdə əsas komandaya layiq oyunçuların kifayət qədər olduğunu söyləyib, hal-hazırda əsas komanda ilə birlikdə daimi olaraq 5-6 əvəzedici heyət oyunçusun məşq etdiyini diqqətə çatdırıb və bu futbolçulara daha çox şans veriləcəyinə əmin olduğunu bildirib.

Əvəzedici heyətin baş məşqçisi Elbrus Məmmədov və futbolçular da klub rəhbərliyinin diqqətinə görə minnətdarlıq ediblər və qazanılan nəticələrin qorunub artırılması üçün daim çalışacaqlarını bildiriblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail