Bakı-2015: Növbəti nailiyyət

19.12.2014 | 3491 dəfə oxunub

2015-ci ildə Bakıda Avropa Oyunlarının orijinal yeni brendi dünyanın böyük dizayn vebsaytı tərəfindən tanınıb. Stadium.Az xəbər verir ki, “Design Week” Avropa Oyunlarının avqustda buraxılmış yeni rəsmi brendini bir neçə başqa tanınmış şirkətlə birlikdə 2014-cü ilin ən böyük yeni tərtibatlarından biri adlandırıb.

Brend Bakı-2015-in Əməliyyat Komitəsinin dizayn komandası tərəfindən Londonda yerləşən məşhur “SomeOne” agentliyi ilə birlikdə hazırlanıb.

 Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Bakının küçələrinə yaraşıq gətirən və dünyada dərhal tanınan Avropa Oyunlarının yeni tərtibatı üzərində işləmiş hər kəsi təbrik edib: “Brendimizin “Design Week” tərəfindən tanınması böyük nailiyyətdi və Avropa Oyunlarının dünyada populyarlığının daha da artmasına şərait yaradır. Bakının təbii gözəlliyindən ruhlanan bu yaraşıqlı yeni obraz idman obyektlərinin, biletlərin, uniformaların üzərində və yarışın bütün merçendayzinq vasitələrində nümayiş etdiriləcək. Yeni brendin mərkəzi elementi Azərbaycan folklorunda birliyin rəmzi olan nar ağacıdı. Bu ağacın budaqlarına isə müxtəlif idman növlərinin nəzərə çarpan piktoqramları ilə birlikdə ölkənin tarixi və mədəni simvolları birləşdirilmişdir”.

Bakı-2015-in Kommersiya şöbəsinin direktoru Çarli Viceratna deyib: “Bu rəngarəng brend Avropa Oyunlarının dünyada tanınmasına xidmət edəcək marketinq fəaliyyətimizin mərkəzi hissəsidi. Biz innovativ və Bakı 2015 Avropa Oyunlarını təmsil edən fəaliyyətimizlə tanındığımız üçün fəxr edirik”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail