Qurban Qurbanov "Sent Etyen" oyunqabağı narazılıq etdi - MÜSAHİBƏ
Bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyununda səfərdə "Sent Etyen" klubun qonağı olacaq Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransın təqdim edirik:
- Yaxşı komandaya qarşı oynayacağıq. Ağır oyun bizi gözləyir. "Sent-Etyen" güclü, komplektləşmiş komandadır. Rəqibin iki oyunçu istisna olmaqla, hamısı hazırdır. Qrupda 4 xal toplayan hər üç komandanın 1/16 finala yüksəlmək şansı var.
– Sabahkı matçda Bakıdakından fərqli oyun sərgiləyəcəyinizi gözləyirsiniz?
– Üstünlük rəqibdədir. "Sent-Etyen" Bakıdakından daha fərqli oynayır. Rəqibin oyunlarına baxmışıq və təhlil etmişik. Onlara istədikləri oyunu sərgiləməyə imkan verməməliyik. İntizamlı və öz istədiyimiz kimi oynamağa çalışacağıq.
– Legionerlərin oynamamağı sizin manevr imkanınızı azalda bilərmi?
– Düzgün qeyd etdiyiniz kimi, futbolçuların hər biri önəmlidir. Təəssüf ki, legioner futbolçuların bəziləri zədələdirlər. Əlimdə seçim imkanı azdır. Ancaq bu haqda çox düşünmək və bunu böyük problem hesab etmək digər oyunçulara mənfi təsir göstərə bilər. Futbolçuların motivasiyasını artırmalıyıq. Mən hər bir oyunçuma inanıram. Onlar da məsuliyyəti dərk edir və uğur üçün əllərindən gələni edəcəklər.
– Zədəli oyunçularınız tez-tez olur.Sizə qarşı kobud oynayırlar, yoxsa hazırlıq prosesində nəsə problem olub?
– Zədədən heç kim sığortalanmayıb. Hazırlıqla bağlı problem olmayıb. Müasir futbol çoxlu sürət tələb edir. Dünyada hər bir komandanın zədə problemi var. Çumbinyo və Danilo Diasın zədəsinin hazırlıqla bağlılığı yoxdur. Heyf ki, Reynaldo, Çumbinyo və Dias sabah oynamayacaq. Amma buna baxmayaraq, matç rahat olacaq. Çünki rəqibi tanıyırıq və daha yaxşı oynamağa çalışacağıq.
– Bugünkü "Sent-Etyen"i necə qiymətləndirirsiniz?
"Sent-Etyen"ə hörmətlə yanaşırıq. Dediyimiz kimi komplektləşmiş komandadır. Bütün işi komanda şəklində görürlər. "Sent-Etyen" hər bir komanda üçün çətin rəqibdir. Fransa çempionatında liderlə xal fərqinin az olması "Sent-Etyen"in gücünü göstərir. Rəqib məşqçinin əlində futbolçularla bağlı seçim imkanı çoxdur. Düşünürəm ki, maraqlı oyun olacaq.
– Sabakı nəticə dönmə nöqtəsi ola bilər. "Sent-Etyen" qrupda bütün oyunlarda heç-heçə edib. Bu məqama fikir vermisiniz?
– Qısa deyim ki, rəqib çox heç-heçə edib. Bu da onların güclü müdafiə xəttindən xəbər verir. Həm qol buraxmamaq, həm də qol vurmaq gücləri var. Bütün bunları nəzərə almışıq.
– Qrupdan çıxmaq üçün neçə xal bəs edir?
– Neçə xal bəs edəcəyini bilmirəm, amma indiki xalımız qrupdan çıxmağa bəs etmir. İnsana xəyallar mane olur. Şanslarımızdan maksimum istifadə etməliyik. Xəyallarla yaşasaq, uduzarıq. Düzgün işləsək, nəticə də olar.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |