"Dənizlispor"un baş məşqçisi Raildən danışdı, Prosineçkini pislədi - MÜSAHİBƏ

26.11.2014 | 5891 dəfə oxunub

"Dənizlispor”un baş məşqçisi Özcan Bizatinin müsahibəsi:

- "Dənizlispor”da işləriniz necə gedir?
- İşlərimizi çalışırıq qaydasına salaq. Son turda liderlərdən olan "Antalyaspor”a uduzduq, bu, biraz kefimizi pozdu. Məncə komanda daha da yaxşı olacaq.
- Rail Məlikova çox az şans verirsiz. Nəylə bağlıdır bu?
- Rail Məlikov çox yaxşı oyunçudur. Bizim onunla bir problemimiz yoxdur. Sadəcə mövsümün əvvəlində zədəsi vardı. Buna görə də formaya düşməs zaman aldı. Yəqin ki, bundan sonra ona əsas heyətdə şans verəcəm. 
- "Adanaspor”la oyunda Railin çıxışından razı qaldız?
- Əlbəttə, çox yaxşı çıxış etdi. Azlıqda qalmağımıza baxmayaraq, müdafiədə diqqətli oynadı və qələbə qazandıq. Rail mənim sevdiyim futbolçudur. Mən Railin oyunun daha əvvəldən görmüşdüm. 
- Məlikovu ikinci komandaya yollamışdız və pul cəza vermisiz. Düzdümü bu?
- Raili ikinci komandaya yollamamışam. Bəli, ona pul cəzası verilib. Bu da öz səhvi ucbatından oldu. Çünki Rail komandaya ikinci gün qoşulmalıydı, amma heç bir xəbərdarlıq etmədən, məndən icazə almadan düşərgəyə şənbə günü gəldi. Düz 4 gün gecikdi. Buna görə də, ona pul cəzası verildi. Yəqin ki, bu cəza Railə dərs olar və bir daha belə hərəkət etməz. Amma Railin əsas komandadan çıxarılması və ikinci heyətə göndərilməsi yalan xəbərdir.
- Raili "Dənizlispor”un əsas futbolçusu saymaq olar?
- Təbii ki, Rail bizim əsas futbolçulardan biridir. Artıq forma yığır. Əgər gecikməsəydi, onu "Antalyaspor”a qarşı əsas heyətdə oynadacaqdım. Bunu etsəydim, komandada çalışan digər futbolçulara qarşı haqsızlıq olardu. Komandanın beş məşqində iştirak etmədi, buna görə onu meydana buraxa bilməzdim. 
- Rail Məlikov "Dənizlispor”a getdikdən sonra Azərbaycan millisinə dəvət amır. Bu barədə fikriniz nədir?
- Bu barədə mənim bir söz deməyim yaxşı çıxmaz. Railin yaxşı futbolçu və milliyə layiq olduğun deyə bilərəm sadəcə. Qərarı milli komandanın məşqçiləri verir. Ancaq mən baxmışam, sizin millidə Raildən çox aşağı səviyyədə olan futbolçular çıxış edir. Məncə bu da Məlikova qarşı haqsızlıqdır.
- Azərbaycan millisinin yeni baş məşqçisi Robert Prosineçki oldu. Siz onu "Kayserispor”dan yaxşı tanıyırsız. Sizcə düzgün seçimdir?
- Düzün deyim ki, xəbərim yoxdur. Bilirsiz necədir, milli komandanın uğurlu çıxışı klublardan gələn futbolçuların hazırlıq səviyyəsindən aslıdır. Götürək bizim Fatih Terimi. Klublardan yaxşı futbolçular tapa bilmədiyi üçün, Türkiyə millisi olduqca zəif təsir bağışlayır. Belə baxanda, Prosineçkinin Azərbaycan millisində uğurlu olacağına inanmıram. Azərbaycan futboluna bələd, orda işləyən türkiyəli məşqçilər var. Millinizə onlardan biri gətirilsə daha yaxşı olardı məncə. Çünki dil birdir, mədəniyyət birdir. Bunlar böyük amildir uğur qazanmaq üçün. Milli komanda zəifdirsə, bunun səbəbi klublardakı məşqçilərdir. Ümumiyyətlə, məşqçi ya klubda, ya da millidə işləməyi özü üçün seçim etməlidir. "Kayserispor” çox yaxşı komanda idi və Prosineçkiyə də orada əla şərait yaradılmasına baxmayaraq, çox biabırçı nəticəylə ayrıldı ordan. Prosineçki legionerlə dolu bir komandada uğur qazana bilmədi. Belə olan halda millidəki futbolçularda nə edəcəyin deyə bilmərəm artıq.
- "Dənizlispor”a aparmaq istədiyiniz azərbaycanlı futbolçu varmı?
- Təbii ki, var. Bir oyunçunu çox yaxından izləyirik. Qismət olsa, qışda onu komandaya gətirəcəyik. Adın açıqlaya bilmərəm, çünki istəmirəm klubuyla arasında problem yaransın. (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail