"Neftçi" ilə oyunların ən yaxşı məşqçisi

21.11.2014 | 3255 dəfə oxunub

“Neftçi” ilə oyunların tarixində “Xəzər Lənkəran”ın ən yaxşı  məşqçisi kimdir?

Bu suala dəqiq cavabı yalnız statistik faktlarda axtarmaq lazımdır. Beləliklə;

 Premyer Liqanın XIII turu çərçivəsində noyabr ayının 20-də keçiriləcək “Xəzər Lənkəran”- “Neftçi” qarşılaşması “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çetinin “Neftçi” ilə ikinci oyunu olacaq. Qeyd edək ki, ilk görüşdə Çetinin komandası səfərdə “ağ-qara”lara minial hesabla məğlub olmuşdu. Türk çalışdırıcı “Xəzər Lənkəran”ı “əzəli rəqib”inə qarşı döyüşə çıxaran 11-ci çalışdırıcıdır. Belə ki, Oğuza qədər “Neftçi” ilə oyunlarda komandamızı 10-məşqçi meydana çıxarmışdır.

Ağasəlim Mircavadov və Mirça Rednik 8, Con Toşak və Rasim Kara 4, Yunis Hüseynov 3-oyunda, Mustafa Dənizli 2, Karles Martorell , Viktor Pasulko, Şenol Fidan və İqor Ponamaryov isə hərəyə bir dəfə paytaxt təmsilçisi ilə görüşlərdə komandamıza rəhbərlik ediblər.

 “Neftçi” ilə matçlarda lider məşqçi isə hələlik Mirça Rednikdir. Qeyd edək ki, komandamız məhz Rumın çalışdırıcının başçılığında ən çox -13 xal toplaya bilmidşdir. Hətta 06.112011 tarixində keçirilmiş və “Neftçi”nin 5:0-lıq qələbəsi ilə bitən TORBA əməliyyatlı oyun da Rednikin qazandığı reputasiyaya mənfi təsir edə bilməyib.

“Neftçi” ilə keçirilən oyunların statistik siyahısında Mirça Rednikdən sonra sırada gələn Ağasəlim Mircavadov 10-xal, Con Toşak 5-xal, Rasim Kara və Yunis Hüseynov 4-xal, Karles Martorell 3-xal, Viktor Pasulko və Mustafa Dənizli 1-xal qazana bilmişlərsə, İqor Panomaryov və baş məşqçi əvəzi olmuş Şenol Fidan, eləcə də Oğuz Çetin “Neftçi” ilə oyunlardan xalsız ayrılıblar.


12cioyuncu.info



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail