Oğuz Çətin: "Hakimlər çox kobud səhvlərə yol verdilər"

20.11.2014 | 4463 dəfə oxunub

”Oyuna pis başladıq. Çox asan qollar buraxdıq."İnter" kimi güclü komandaya qarşı matçda 0:2 hesabı ilə geriyə düşmək və sonradan oyun qurmaq çox çətindir. Rauf Əliyevin zədələnməsi bizim üçün yaxşı olmadı. Qol epizodlarından istifadə edə bilmədiyimizə görə məyusam".

Stadium.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin Azərbaycan Premyer Liqasının 12-ci turunda "İnter"ə uduzduqları (1:3) oyundan sonra deyib.

O, qarşılaşma ərzində hakimlərin kobud səhvlərə yol verdiyini bildirib:

"Bu qarşılaşmaya qədər hakimlikdən danışmamışam. İndi isə deməliyəm ki, hakimlər çox kobud səhvlərə yol verdilər. Rəqib komandanın qapıçısı cərimə meydançası kənarında əllə oynamışdı və qırmızı vərəqə ilə cəzalanmalı idi. Rəqib komandanın baş məşqçisinin etik normalardan kənar hərəkəti də çox üzücü bir haldır”.

"İnter" - Xəzər Lənkəran" matçını  Rəhim Həsənov idarə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail