400-cü oyuna doğru

31.10.2014 | 3090 dəfə oxunub

Premyer Liqanın XI turunun “Simurq”la oyunu “Xəzər Lənkəran” üçün yubileylə əlamətdar olacaq. Stadium.Az xəbər verir ki, Lənkəranda baş tutacaq görüşdə komanda tarixində 400-cü rəsmi matçına çıxacaq.

Belə ki, “ağ-yaşıllar” yarandığı 2004-cü ildən indiyədək müxtəlif yarışlarda 399 oyunda qüvvəsini sınayıb. Nəticəsi ləğv olunan və yenidən oynanılan 2 matç nəzərə alınmamaqla, nəticəsi tarixə texniki hesabla düşən 1 matç isə hesaba alınmaqla “Xəzər Lənkəran” 4-cü böyük yubileyin astanasındadı.

10 il ərzində Azərbaycan çempionatı, Azərbaycan kuboku, Superkubok, avrokuboklar və Birlik kubokunda üst-üstə 399 qarşılaşmada azarkeşlər önünə çıxan “ağ-yaşıllar” 198 qələbə qazanıb, 113 heç-heçə edib və 88 dəfə uduzub. 200-cü qələbənin iki addımlığında olan futbolçularımız penaltilər seriyaları və texniki nəticədəki hesab (3:0) nəzərə alınmamaqla 611 top vurub və 341-ni buraxıb.

İlk oyununu 2004-cü il avqustun 7-də “Turan”a qarşı səfərdə keçirən “Xəzər Lənkəran”ın tarixi 1:1 hesablı heç-heçə ilə başlayıb. Komanda indiyəqədərki 8 tarixi matçın 3-də qalib gəlib, eyni sayda heç-heçə edib və yalnız 50-ci və 350-ci matçında uduzub.


lankaranfc.com



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail