AZAL-da nələr baş verir?

29.10.2014 | 4371 dəfə oxunub

AZAL-ın rəhbərliyi və əsas komandanın üzvləri arasında növbəti görüş keçirilib. Stadium.az xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu komandanın Azərbaycan Premyer Liqasının 9-cu turunda "Bakı"ya məğlubiyyəti (0:1) olub.

Klubun vitse-prezidenti Fikrət Hüseynov açılış nitqi ilə çıxış edərək bu nəticənin arzuolunmaz olduğunu bildirib. Futbolçuların ən qısa zamanda toparlanmalı olduğunu qeyd edən Fikrət Hüseynov rəhbərliyin komandanın qarşısına qoyduğu konkret tələbi də açıqlayıb: qarşıdakı 2 oyunda - "Simurq" və "Neftçi"yə qarşı matçlarda yalnız və yalnız qələbə qazanmaq!

Daha sonra komandanın baş məşqçisi Tərlan Əhmədov komandadaxili durumdan və əhval-ruhiyyədən danışıb. O, növbəti oyunlarda bu uğursuzluğu unutduracaqlarına inandığını bildirib.

Futbolçuların əhval-ruhiyyəsinin yüksəldilməsi məqsədilə keçirilən görüşdə komandanın müşahidə şurasının sədri Rəsul Rəsulov da iştirak edib. (klubun rəsmi facebook səhifəsi)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail